IQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən,
Bəhreynin "Əl Vifaq" təşkilatının rəhbəri Şeyx Əli Salmanın
Apellasiya məhkəməsi keçirilib.
Şeyx Salman məhkəmə zamanı ölkəni qarşıdurmalardan uzaq saxlamaq üçün ciddi
milli danışıqlara start verilməsini istəyib.
Şeyx daha sonra Bəhreyn xalqının mübarizəsinin dinc yolla
olduğunu bildirərək: "Mən bu vətənin və xalqımın eşqinə, həmçinin milli
mənafelərimizin təmin olunması və milli sərvətimizin ədalətli şəkildə bölünməsi
uğrunda öz mübarizəmə davam edəcəm. Mən beynəlxalq təşkilatlardan xalqıma
dəstək verməsini və qanunlarla idarə olunması üçün yardım etmələrini
istəyirəm." deyə danışıb.
Qeyd edək ki, hakim məhkəmənin son qərarını mart ayının 30-da verəcəyini
açıqlayıb.