IQNA

Əllamə Məhəmməd Cəfər Kərbasi vəfat etdi

12:41 - January 22, 2016
Xəbər sayı: 3480086
Tehran, 22.01.2016 – Məşhur "E`rabul-Quran" kitabının müəllifi Əllamə Məhəmməd Cəfər Kərbasi cari ayın 20-də Nəcəf şəhərində 89 yaşında ikən vəfat etdi.
















İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəfəq nyuz" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Məşhur "E`rabul-Quran" kitabının müəllifi, İraqlı diçli alim, Ərəb dili üzrə mütəxəssis Əllamə Məhəmməd Cəfər Kərbasi cari ayın 20-də Nəcəf şəhərində 89 yaşında ikən ürək xəstəliyi səbəbi ilə vəfat etdi.

İraqlı diçli alim, Ərəb dili üzrə mütəxəssis Əllamə Məhəmməd Cəfər Kərbasi Quran-Kərim ətrafında bir neçə məşhur əsərin sahibidir. Bu əsərlərdən biri də məşhur "E`rabul-Quran" kitabıdır.

Əllamə Məhəmməd Cəfər Kərbasi İslam dünyasının Ərəb dilinin qrammatikası və dilçilik üzrə tanınmış siması idi.

İraq Mədəniyyət Naziri bu alimin vəfatı ilə bağlı ailəsi, tələbələri və sevənlərinə başsağlığı müraciəti ünvanlayıb.

http://iqna.ir/fa/news/3469161


captcha