IQNA

İmam Cümə:

"Allah bizə Amerika və Avropanın qərarlarını oxuyan məclis qismət etməsin"

10:30 - January 30, 2016
Xəbər sayı: 3480107
Tehran, 30.01.2016 – Tehranın bu həftəki cümə xətibi höccətül islam Kazım Siddiqi olub.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, yaxın günlərdə İranda keçiriləcək olan seçkilərə toxunan imam cümə deyib: "Ölkədə keçiriləcək seçkilər bizim üçün bir fürsətdir. Xalqın seçkilərdə iştirakı dövlətimizin abır və hörmətini artıracaqdır. Bu eyni zamanda inkişafın və mədəniyyətin göstəricisidir. Allah bizə Avropa və Amerikanın bəyənatlarını oxuyan məclisi bir daha göstərməsin. Digər tərəfdən "Xobreqan” məclisi də bir qrup şəxslərin infilikt mərkəzinə çevrilməməlidir. Bu məclisdə olan xalqın nümayəndələri düşməni sevindirməməli və müxtəlif məsələləri rəhbərimizə yönləndirməlidir. Gözümüz açıq olmalı və keçmişdən ibrət almalıyıq.”

İranın nüvə müzakirələrinə toxunan höccətül islam Siddiqi deyib: "Rəhbərimiz müzakirədə rolu olan hər kəsə təşəkkürünü bildirdi və dedi ki, bu gün razılığa çatdıqsa bu qeyrətli, dözümlü, səbrli, dindar və vilayətçi xalqımızın sayəsində gərçəkləşdi. Düşmən sanksiyalarla xalqımıza diz çökdürmək istəyir və mədəni etirazları başladaraq çevriliş niyyətində idi. Xalqımız dözümlülükləri ilə düşməni məyus etdi. Onlar son nəfəsədək inqilabdan əl çəkməyəcəklərini bir daha sübut etdilər. Əks tərəf gördü ki, rəhbərimiz heç vaxt geri addım atmadı və atmayacaqdır. Anladılar ki, geciksələr İran regionu fəth edəcəkdir. Əlbəttə müzakirə heyətinin zəhmətləri də danılmazdır. Sanksiyaların ləğvindən sonra iqtisadiyyatımız liberallaşmamalıdır. Hazırda biz işsizlik və digər iqtisadi problemlərin həlli üçün çalışmalıyıq. Mədəniyyət məsələsinə xüsusi diqqət ayırmalıyıq və bu sahədə məsullar xalqla birgə olmalıdırlar.”

ABŞ dənizçilərinin saxlanılması hadisəsinə də toxunan imam cümə bildirib: "Bu addım yerində olan bir addım idi. Bəziləri son zamanlar ABŞ-ı bəzəmək və tərifləməklə məşğul idilər. Bu hadisə bizim qəhrəmançılıq və izzət ruhiyyəmizdən xəbər verirdi.”

Teqlər: imam cümə ، amerika ، avropa ، meclis
captcha