IQNA

Viktor Hüqonun Quran-Kərimdən iqtibası

14:56 - March 28, 2016
Xəbər sayı: 3480296
Tehran, 28.03.2016 - Viktori Hüqo yacar, dramaturq, şair, publicist və "Utopik realism"in ən nüfuzlu nümayəndələrindən biri idi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Viktor-Mari Hüqo(fr.Victor Marie Hugo;26 fevral1802, Fransa - 22 may1885, Fransa) — böyük fransız yazıçı, dramaturq, şair, publicist və "Utopik realism"in ən nüfuzlu nümayəndələrindən biri. Adıtarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısınadaxil edilib.

Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" (Les Misérables, epopeya) və "Notrdan qozbeli" (Notre-Dame de Paris), "Edam məhkumunun son günü" romanlarıdır.

Viktor cavanlığında katolik dindar idi. Sonralar isə dini inanc və ayinlərə laqeyd yanaşmağa başladı. Keşişlərin və Papın əleyhinə fikirlər səsləndirməyə başladı. Sürgün də olduğu vaxtlar da vaxt keçirmək üçün "ruh ehzarı" (ruhların çağırılması) işi ilə məşğul olurdu. Sonrakı illərdə "ağıl əsasında Allahtanıma" düşüncələrini səsləndirdi... O deyirdi ki, mən katolik deyil, bəlkə "azad fikirli və düşüncəli" bir insanam. Onun kilsədən qaçaqlığı keşişlərin məzlumlara və kasıblara qarşı laqeyd yanaşması və kasıbları zalım şahın qaşrısında himayə etməmələri idi... Digər tərəfdən isə Pap onun "Səfillər" əsərinin çapını qadağan etmişdi... Oğlanları Çarlız və Fransuanın dəfni zamanı israr edirdi ki, onları xaçsız və keşişsiz dəfn etsinlər... Vəsiyyətnaməsində özü üçün də bu iki şərti yazmışdı... Hüqo həmişə kilsə, keşiş və Papı tənqid etməsinə baxmayaraq həmişə Allaha inandı, Allaha həmd və sitayiş edir və bunun təsirinə inanırdı... ənənəvi inanclarını qoruyurdu... Onun etiqad və inanclarını əsərlərində də aşkar şəkildə görmək olur... O deyirdi ki, dinlər məhv olub gedəcək, amma Allah qalacaqdır... İnsanlar Allaha, ruha və inancın doğurduğu məsuliyyətə inanacaqlar.

Suriyalı ədəbiyyat alimi Əbdül-Kərim Mənsur "Kitabat" saytının nəşr etdiyi son yazısında işarə edib ki, 19-cu əsrin tanınmış fransalı şairi Hüqonun İslam tarixi, İslam mədəniyyəti, İslam dini, Quran-Kərim və İslam şəriətindən də kifayət qədər məlumatı olmuş, öz əsərlərində bundan yararlanmışdır.

Əbdül-Kərim Mənsur bu yazıda Hüqonun Quranın "Zilzal surəsindən ilhamlanaraq yazdığı bir qəsidəyə işarə etmişdi:

La terre tremblera d'un profond tremblement,
Et les hommes diront : Qu'a-t-elle ? En ce moment,
Sortant de l'ombre en foule ainsi que des couleuvres,
Pâles, les morts viendront pour regarder leurs œuvres.
Ceux qui firent le mal le poids d'une fourmi
Le verront, et pour eux Dieu sera moins ami ;
Ceux qui firent le bien ce que pèse une mouche
Le verront, et Satan leur sera moins farouche.

Bundan əlavə Viktor Hüqonun əziz İslam Peyğəmbərinin (s) vəsfində də gözəl bir şeri vardır ki, son zamanlar Fars dilinə tərcümə edilərək çap olunmuşdur. Bu kitabın adı "Hicrətin 9-cu ili"dir.

http://iqna.ir/fa/news/3483473


Teqlər: iqna ، viktor ، mari ، hüqo ، quran
captcha