IQNA

İslam İnqilabının Ali Rəhbəri minlərlə şagird və tələbə ilə görüşdə buyurdu:

İran İslam Respublikası ilə Amerika arasındakı ixtilaf mahiyyətcədir, taktiki deyil

1:04 - November 04, 2025
Xəbər sayı: 3499150
İQNA - Ali Rəhbər (13 Aban – Şagirdlər Günü və Dünya İmperializminə Qarşı Mübarizə Günü ərəfəsində) minlərlə şagird və tələbə ilə görüşündə Amerikanın İran xalqına qarşı düşmənçiliyinin tarixini izah edərək vurğuladı: “İran İslam Respublikası ilə Amerika arasındakı ixtilaf mahiyyətcədir və yalnız Amerikanın lənətlənmiş sionist rejimə verdiyi dəstəyi tamamilə kəsdiyi, hərbi bazalarını bölgədən çıxardığı və region işlərinə qarışmadığı zaman, Amerikanın İranla əməkdaşlıq təklifi yaxın gələcəkdə yox, daha uzaq gələcəkdə nəzərdən keçirilə bilər”.

“İQNA”-nın İslam İnqilabının Ali Rəhbərinin rəsmi informasiya portalının yaydığı məlumata əsasən verdiyi xəbərə görə, 13 Aban – “Şagirdlər Günü və Dünya İmperializmə Qarşı Milli Mübarizə Günü” ərəfəsində Həzrət Ayətullah Xamenei minlərlə şagird, tələbə və 12 günlük müdafiə müharibəsi şəhidlərinin ailələri ilə görüşdü. O, h.ş. 1358-ci ilin (1979) 13 Aban tarixində Amerikanın İranda inqilaba qarşı fitnə və plan mərkəzi olan səfirliyinin tələbələr tərəfindən ələ keçirilməsini “qürur və qələbə günü”, həmçinin Amerikanın həqiqi istək və mahiyyətinin ifşa günü adlandırdı və bu günün milli yaddaşda qeyd olunmasının zəruriliyini vurğuladı.

Amerikanın İran xalqına düşmənçiliyinin 28 Mordad çevrilişindən (1953) başladığını və bu düşmənçiliyin bu günədək davam etdiyini qeyd edərək buyurdu: “İran İslam Respublikası ilə Amerika arasındakı ixtilaf mahiyyətcədir, bu, ikisinin – Amerika və İran İslam Respublikasının mənafelərinin qarşı-qarşıya gəlməsidir. Yalnız Amerikanın sionist rejimə verdiyi tam dəstəyi kəsib, bölgədəki hərbi bazalarını yığışdırıb və regional işlərə qarışmadığı zaman İranla əməkdaşlıq üçün müraciəti yaxında yox, daha uzaq gələcəkdə nəzərdən keçirilə bilər.

İnqilab Rəhbəri həmçinin vurğulayıb: “İranın bir çox problemlərinin həlli və ona qarşı toxunulmazlıq qazandırmaq yalnız güclü olmaqla – yəni idarəçilik, elmi, hərbi və mənəvi baxımdan qüvvətli olmaqla – mümkündür və hökumət öz sahələrində işləri qüvvə və ciddiyyətlə yerinə yetirməlidir”.

Həzrət Ayətullah Xamenei bu görüşdə ABŞ-ın İran xalqına qarşı düşmənliyinin tarixini və 1358-ci il (1979) azər ayının 13-də baş verən tarixi “casus yuvasının ələ keçirilməsi” hadisəsini izah edərək bildirdi: “ABŞ səfirliyinin tələbə gənclər tərəfindən ələ keçirilməsi həm tarixi, həm də kimlik baxımından araşdırıla biləcək bir hadisədir”.

O, tarixi baxımdan 1358-ci il azər ayının 13-ü və tələbələrin ABŞ səfirliyini ələ keçirməsini İran xalqı üçün qürur və qələbə günü adlandırdı və qeyd etdi: “İran tarixində həm zəfər, həm də zəiflik və süqut günləri mövcuddur və hər ikisi milli yaddaşda qorunmalıdır”.

Ayətullah Xamenei Mirzə Şirazinin müstəmləkəçi tütün müqaviləsini ləğv etməsi, yaxud mərhum Müdərris və onun yoldaşlarının səyi ilə İngiltərəyə qarşı qalib gəlmək və Vusuqud-dövlə müqaviləsinin ləğvi kimi hadisələri yaxın dövrlərin yüksəliş və qürurlu səhifələrindən hesab etdi və tələbələrə, şagirdlərə və kitabsevərlərə bu hadisələri oxumağı və müzakirə etməyi tövsiyə edərək bildirdi: “Xoş və qürurverici hadisələrlə yanaşı, acı hadisələri – məsələn, 1299-cu ildə ingilislərin təşkil etdiyi hərbi çevrilişi, Rza xanın hakimiyyətə gəlməsini və onun dövründə baş verən faciələri, istibdadı, misilsiz diktaturanı və ölkəyə yad qüvvələrin nüfuz etməsini də unutmamaq lazımdır”.

O, 1358-ci il azər ayının 13-də ABŞ səfirliyinin ələ keçirilməsi hadisəsinin tarixdə və milli yaddaşda qeyd olunmasını və xalqın bu hadisə barədə məlumatlı olmasını zəruri saydı və bu böyük hadisənin kimlik baxımını izah edərək dedi: “Səfirliyin ələ keçirilməsi həm Amerika Birləşmiş Ştatları hökumətinin həqiqi kimliyini, həm də İslam İnqilabının həqiqi mahiyyətini üzə çıxardı”.

İnqilab Rəhbəri “istikbar” (təkəbbür, hegemonluq) kəlməsinin Qurani-Kərimdəki mənşəyinə işarə edərək onu özünü üstün saymaq mənasında izah etdi və buyurdu: “Bəzən bir fərd və ya dövlət özünü üstün sayır, lakin başqalarının mənafeyinə əl uzatmır – bu halda düşmənçilik yaratmır. Amma bəzən, keçmişdə İngiltərə və bu gün Amerika kimi dövlətlər, xalqların həyati mənafeyinə müdaxilə etməyi və onlar üçün hökm verməyi özünə haqq bilir, yaxud zəif hökumət və ayıq olmayan xalqın olduğu ölkələrdə hərbi bazalar qurur, xalqların neftini və sərvətlərini talayır – məhz bu cür təkəbbürlə biz düşmənçilik edirik və onun əleyhinə şüar veririk.

O, Amerikanın İran xalqına qarşı düşmənçiliyinin keçmişinə toxunaraq dedi: “Məşrutiyyətdən sonra təxminən 40 il ərzində İran ya qarışıqlıq və iğtişaşlarla üz-üzə idi, ya da xarici dövlətlərin müdaxiləsi və ya Rza xanın amansız istibdadı və qəddar diktaturası ilə qarşılaşmışdı. Nəhayət, təxminən 1329-cu (miladi 1950) ildə Allahın lütfü ilə Müsəddiqin milli hökuməti iş başına gəldi; o, ingilislərə qarşı durdu və ölkənin demək olar ki, pulsuz olaraq onların ixtiyarında olan neftini milliləşdirməyə müvəffəq oldu”.

Həzrət Ayətullah Xamenei İngiltərə və onun tərəfdarlarının Müsəddiq hökumətini iflic etmək üçün çevirdiyi fitnələrə işarə edərək, onun İngiltərənin şərindən qurtulmaq üçün ABŞ-dan kömək istəməsi kimi sadəlövhlük və qafil yanaşmasını xatırladaraq əlavə etdi: “Amerikalılar Müsəddiqə gülümsədilər, amma arxadan ingilislərlə əlbir olaraq çevriliş təşkil etdilər və milli hökuməti devirməklə qaçmış şahı yenidən İrana qaytardılar”.

O, milli hökumətin devrilməsini İran xalqına vurulan ağır zərbə adlandıraraq əlavə etdi: “Xalqımız Amerika və onun təkəbbürçü xislətini, eləcə də bu xislətin təhlükəsini 1332-ci il (1953) avqust çevrilişi ilə tanıdı. Çevrilişdən və şahın geri dönməsindən sonra isə ABŞ-ın dəstəyi və yardımı ilə Məhəmmədrza şahın sərt və qəddar diktaturası 25 il davam etdi”.

Rəhbər, Amerikanın İslam İnqilabı ilə ilk qarşıdurmasını ABŞ Senatının düşməncəsinə qəbul etdiyi qətnamə ilə əlaqələndirərək, Məhəmmədrzanın ABŞ-a buraxılmasının xalqın qəzəbinə səbəb olduğunu qeyd edərək əlavə etdi: “İran xalqı hiss etdi ki, amerikalılar Məhəmmədrzanı orada yerləşdirməklə 28 Mordad (avqust) çevrilişini təkrarlamaq və onu yenidən İrana qaytarmaq niyyətindədirlər. Buna görə xalq qəzəblənərək küçələrə çıxdı və xalq hərəkatının bir hissəsi – tələbələrin iştirakı ilə – ABŞ səfirliyinin ələ keçirilməsi ilə nəticələndi.

O, tələbələrin ilkin məqsədinin iki-üç günlük səfirlikdə qalmaq və İran xalqının qəzəbini dünyaya çatdırmaq olduğunu bildirərək vurğuladı: “Lakin tələbələr səfirlikdə sənədlər tapdılar ki, bu sənədlər məsələnin dərinliyinin düşündüklərindən qat-qat artıq olduğunu və ABŞ səfirliyinin inqilabı məhv etmək üçün sui-qəsd və plan mərkəzinə çevrildiyini göstərirdi”.

Rəhbər, dünyada səfirliklərin əsas vəzifəsinin məlumat toplamaq və onu öz ölkələrinə ötürmək olduğunu qeyd edərək dedi: “ABŞ səfirliyinin məsələsi sadəcə məlumat toplamaq deyildi; orada “fitnə otağı” yaradılmış, keçmiş rejimin qalıqlarını, bəzi ordu üzvlərini və digərlərini birləşdirərək inqilaba qarşı fəaliyyətlər təşkil etmək planlaşdırılırdı. Tələbələr bunu anlayanda səfirliyi nəzarətlərində saxlamağa davam etdilər”.

O, səfirliyin ələ keçirilməsi hadisəsini İran və ABŞ arasında problemlərin başlanğıcı kimi təfsir etməyin dəqiq olmadığını bildirərək vurğuladı: “Bizim ABŞ-la problemimiz 1953-cü il, 28 Mordad (yəni Məsud Musəddiqin devrildiyi çevriliş) hadisəsindən başlayır, 1979-cu ilin 4 noyabrından (13 Aban 1358) yox.”

Bundan əlavə, səfirliyin ələ keçirilməsi, inqilaba qarşı böyük bir fitnə və təhlükənin aşkara çıxmasına səbəb oldu. Tələbələr bu mühüm işi görməklə və sənədləri bir yerə toplayaraq həmin fitnənin mahiyyətini ifşa etdilər.

Həzrət Ayətullah Xamenei ABŞ-ın inqilaba qarşı düşmənçiliyinin və müxtəlif fitnələrinin əsas səbəbini “ABŞ-ın boğazından çıxan şirin bir qənimətin — yəni İran üzərindəki hakimiyyətin və təbii sərvətlər üzərindəki nəzarətin itirilməsi” kimi dəyərləndirərək dedi: “Onlar İrandan asanlıqla əl çəkməyə hazır deyildilər. Buna görə də başlanğıcdan etibarən təkcə İslam Respublikasına yox, həm də İran xalqına qarşı təxribatlara başladılar.”

O, inqilabdan sonrakı illər ərzində ABŞ-ın İran xalqına qarşı davamlı düşmənçiliyini İmam Xomeyninin (r.ə) “Hər nə fəryadınız var, ABŞ-a yönəldin” sözlərinin haqq olmasının nişanəsi kimi dəyərləndirərək əlavə etdi: “Onların düşmənçiliyi təkcə sözlə deyildi. Əllərindən gələn hər şeyi etdilər — sanksiyalar, fitnələr, İslam Respublikasının əzəli düşmənlərinə yardım, Səddamı İrana hücuma təhrik etmək və ona hərtərəfli dəstək vermək, 300 sərnişinlə İran sərnişin təyyarəsini vurmaq, təbliğat müharibəsi aparmaq və İran xalqının mənafeyinə zərbə vurmaq üçün birbaşa hərbi hücumlar etmək. Çünki ABŞ-ın istibdadçı təbiəti ilə İslam İnqilabının azadlıqsevər və müstəqillikçi mahiyyəti bir-birinə ziddir. Buna görə də ABŞ-la İran İslam Respublikası arasındakı ixtilaf taktiki və müvəqqəti deyil, mahiyyətcə ziddiyyətdir.”

Rəhbər o şəxslərin “ABŞ-ın İran xalqına düşmən olmasının səbəbi ‘Amerikaya ölüm!’ şüarıdır” fikrini tarixin təhrif olunmuş yozumu adlandıraraq dedi: “Bu şüar elə bir məsələ deyil ki, ABŞ buna görə xalqımızla bu dərəcədə qarşıdurmaya girsin. ABŞ-ın İran İslam Respublikası ilə problemi mahiyyətcə uyğunsuzluq və maraqların toqquşmasıdır.”

O, bəzilərinin “Biz ABŞ qarşısında təslim olmadıq, bəs görəsən, həmişəlik onunla münasibət qurmayacağıqmı?” sualına cavab olaraq dedi: “Birincisi, ABŞ-ın istibdadçı mahiyyəti təslim olmaqdan başqa heç nəyi qəbul etmir. Bütün ABŞ prezidentləri bunu istəyirdilər, sadəcə dilə gətirmirdilər. Lakin indiki prezident bunu açıqca dilə gətirdi və əslində ABŞ-ın iç üzünü ifşa etdi.”

Həzrət Ayətullah Xamenei İran xalqının bu qədər gücə, sərvətə, dərin fikri və mənəvi keçmişə, ayıq və motivasiyalı gənclərə sahib olduğu halda onlardan təslim olmağı gözləməyin mənasız bir tələb olduğunu bildirərək dedi: “Uzaq gələcək haqqında bir şey demək çətindir, amma hazırda hamı bilməlidir ki, bir çox problemlərin yeganə çarəsi — güclənməkdir.”

O, İranın gücləndirilməsinin vacibliyini vurğulayaraq əlavə edib: “Hökumət öz sahələrinə aid məsələlərdə, silahlı qüvvələr hərbi işlərdə, gənclər isə elm və təhsil sahəsində işi ciddi və güclü şəkildə davam etdirməlidirlər. Çünki əgər ölkə güclü olsa və düşmən bu güclü millətlə qarşıdurmadan nəinki fayda əldə etməyəcəyini, əksinə zərər görəcəyini dərk etsə, o zaman ölkə təhlükəsizlik və toxunulmazlıq əldə edəcək. Buna görə də hərbi, elmi, idarəetmə sahələrində və xüsusilə gənclərin mənəvi ruhiyyəsində qüvvət vacibdir”.

Rəhbər, amerikalıların İranla əməkdaşlıq etmək istəklərinə dair bəzi bəyanatlarına toxunaraq vurğulayıb: “İranla əməkdaşlıq, Amerikanın lənətlənmiş sionist rejimə göstərdiyi yardım və dəstəklə uyğun gəlmir”.

O, ABŞ-ın dünya ictimai rəyində rüsvay və məhkum olunmasına baxmayaraq sionist rejimə yardım və dəstəyini davam etdirməsini, İranla əməkdaşlıq istəyi ilə bir araya sığmayan, məntiqsiz və qəbuledilməz bir davranış adlandırıb və əlavə edib: “Əgər Amerika sionist rejimə verdiyi dəstəyi tamamilə dayandırsa, bölgədəki hərbi bazalarını yığışdırsa və müdaxilələrinə son versə, bu məsələ müzakirəyə açıq ola bilər, lakin bu, indiki və yaxın gələcək üçün keçərli deyil”.

Ayətullah Xamenei çıxışının son hissəsində gənclərə, ölkənin dünəni, bugünü və sabahı ilə bağlı əsas siyasi məsələlərdə məlumatlarını artırmaq, hadisələrin acı və şirin tərəflərini araşdırmaq üçün maarifləndirici dairələr yaratmağı tövsiyə edib və deyib: “Ölkədə elm inkişaf etməlidir. Bir neçə il əvvəl elmi inkişafımız çox yaxşı idi, amma bir qədər zəifləyib; buna görə də universitet rəhbərləri, tədqiqatçılar və tələbələr elmi inkişafın sürətinin azalmasına imkan verməməlidirlər”.

O, ölkənin hərbi gücünün inkişafının vacibliyini vurğulayaraq deyib: “Hərbi sektor, ilahi tofiqlə gecə-gündüz çalışır və inkişaf edir, bundan sonra da daha irəli gedəcək ki, göstərsin – İran xalqı elə bir güclü xalqdır ki, heç bir qüvvə onu diz çökdürə və təslim edə bilməz.

Rəhbər həmçinin çıxışda, Həzrət Fatimə (s.ə) və Həzrət Zeynəbin (s.ə) adlarının çəkilməsi münasibətilə gəncləri bu parlaq zirvələrə əməli şəkildə tabe olmağa çağırıb və deyib: “Ətrafınızdakı insanları bu böyük şəxsiyyətlərin həyat tərzindən ibrət almağa və onlardan öyrənməyə təşviq edin”.

Ayətullah Xamenei, Allahın saleh bəndələrinin qıldığı bəyənilmiş namazı, hicabı dini və Həzrət Zəhra (s) Həzrət Zeynəb (s) məsələsi kimi nəzərə almağı, Quranla ünsiyyəti, onu gündəlik oxumağı və mənəviyyatla əlaqəni qorumağı gənclər üçün zəruri sayıb və əlavə edib: “Bu qədər çətinlik və hadisələrlə dolu dövrdə, bizim gəncimiz yalnız o zaman “Amerikaya ölüm olsun” sözünü həqiqi mənada deyə və dövrün fironlarının gücünə və təhdidlərinə qarşı dura bilər ki, daxildən, inanc və etimad baxımından, Allahın qüdrətinə söykənməkdə güclü olsun”.

Rəhbər, gənclərin Allahla qəlbi bağlılıqlarının davamlı olmasını, ölkənin inkişafının və düşmənlərə qarşı müqavimət gücünün artmasının əsas amili adlandırıb.

4314495

captcha