IQNA

Həzrət Əbəlfəzlin (ə) yeni zərihinə üzərinə Quran ayələri yazılmış lövhələr quraşdırlıb + FOTO

0:31 - April 03, 2016
Xəbər sayı: 3480302
Tehran, 03.04.2016 - Həzrət Əbəlfəzl Abbas (ə) ziyarətgahında həzrətin zərihinə daxili tərəfdən üzərinə Quran ayələri yazılmış lövhələr quraşdırlıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-kəfil" beynəlxalq peyk kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Kərbəlada Həzrət Əbəlfəzlin (ə) yeni zərihinin quraşdırılması işləri davam edir.

Kərbəla şəhidi Həzrət Əbəlfəzl Abbasın (ə) ziyarətgahının yeni zərihinin artıq əsas hissələri - qızıl məhəccərlərinin yerləşdirilməsi və zərihin içərisində Quran ayələri yazılmış lövhələr quraşdırılır.

Həmin lövhələrin üzərinə Quran-Kərim ayələrini və seçilmiş şerləri İraqın tanınmış hüsnxətt xəttatı Fəras əl-Bağdadi xüsusi diqqət və gözəl xətt nümunələri ilə yazıb. Bir neçə dülgər isə həmin xətt nümunələrini taxta üzərində işləyiblər.

Ayələrin və şerlərin həkk olunması və yazılmasında yeni texnologiyadan (CNC) istifadə olunub. Zərihin içərisinə quraşdırılmış lövhələrdə heç bir süni rəngdən istifadə olunmayıb.

Zərihin daxilinə yerləşdirilmiş kətibələrin üzərinə Nur surəsinin 34-dən 42-dək ayələri həkk edilmişdir. Ayələr yazılmış kətiblərdən biridim uzunu 18 metr və eni 42 santimetr və digərinin uzunu 18 metr və hündürlüyü 70 santimetrdir. Digər kətibənin üzərinə Nəhl surəsinin 31-cu ayəsi həkk edilmişdir.

Rəsmilərin verdiyi məlumata görə, yeni zərihin yerləşdirilməsi Rəcəb ayının 13- - Həzrət Əlinin (ə) mübarək mövlud gününə qədər yekunlaşdırılacaq.

http://iqna.ir/fa/news/3485098









Teqlər: əbəlfəz ، İraq ، iqna ، zərih ، mərqəd
captcha