IQNA

Küveyt Quran yarışlarının haşiyəsində əlyazma Quran nüsxələri sərgisi

21:07 - April 18, 2016
Xəbər sayı: 3480339
Tehran, 18.04.2016 – "Küveyt mükafatı" beynəlxalq Quran yarışlarının 17-ci turunun haşiyəsində Quran-Kərimin qədim əlyazma nüsxələri sərgisi keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) «alkhaleej.ae» xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, "Küveyt mükafatı" beynəlxalq Quran yarışlarının 17-ci turunun haşiyəsində Quran-Kərimin qədim əlyazma nüsxələri sərgisi keçirilib.

BƏƏ-nin Dubay şəhərinin "Cüm`ətul-Macid" Mədəniyyət və İrs Mərkəzi tarixi baxımdan yüz illər öncyə aid olan və hər birinin xüsusi dastan və hekayəsi olan əlyazma Quran nüsxələrini "Küveyt mükafatı" beynəlxalq Quran yarışlarının 17-ci turunun haşiyəsində ümumi sərgiyə qoydular.

Bu mərkəz həmçinin "Quran elmləri", "Müshəf rəsmul-xətti", "Quran ayələrinin sayı" və "vəqf və ibtida" mövzusunda yazılmış əlyazma kitab nüsxələrini də bu sərgiyə gətirmişdi. Bunların arasında İbn Cəzərinin (751 – 833 hq) "Təyyibətun-nəşr fi qiraatil-üşr", qarilər imamı Əbu Məhəmməd Qasim ibn Füyrə Şatibinin (6-cı hq əsri) "Şatibiyyə", İspaniya müsəlman alimlərindən olan Əbu Əmr əd-Daninin (5-ci hq əsri) "Əl-Müqni fi mərifəti mərsumi məsahifi əhlil-əmsar" kitablarıını da görmək olurdu.

Şeyx əl-Mətiri - BƏƏ-nin Dubay şəhərinin "Cüm`ətul-Macid" Mədəniyyət və İrs Mərkəzinin rəisi, İspaniya müsəlman alimlərindən olan Əbu Əmr əd-Daninin (5-ci hq əsri) "Əl-Müqni fi mərifəti mərsumi məsahifi əhlil-əmsar" kitabının əlyazma nüsxəsini Küveytin baş nazirinin müavininə hədiyyə etdi.

Qeyd edək ki, BƏƏ-nin Dubay şəhərinin "Cüm`ətul-Macid" Mədəniyyət və İrs Mərkəzi 500 min nüsxəlik bir kitabxanaya malikdir ki, bunun 50 minini əlyazma nüsxələr təşkil edir.

http://iqna.ir/fa/news/3489353


captcha