IQNA - Fransa Baş naziri Manuel Valls, ABŞ-da prezident seçkilərində Respublikaçı Partiyadan namizəd olması gözlənilən iş adamı Trump üçün "pis bir insan" ifadəsindən istifadə edib.
Fransa
Senatının televiziya kanalına danışan Valls, '' ABŞ-da baş verənlərə baxın,
Donald Trump kiçik bir adamdır. Hətta onun üçün pis adam belə deyə bilərəm. '
deyə bildirib. Fransada radikal sağçı Milli Cəbhə Partiyası və Trump arasında
paralellik quran Valls, demokratik cəmiyyətlər, qloballaşma və terror
təhdidinin gətirdiyi problemlərlə mübarizə edərkən, dünyanın dörd bir yanında
populizmin gücləndiyini qeyd edib. Valls, əvvəllər də Trumpı müsəlmanlarla
bağlı sözlərinə görə tənqid etmişdi.
Mənbə: eastnews