
IQNA - İraq baş naziri Heydər əl-Abadi, "Müqtəda əs-Sədr tərəfdarlarının "Yaşıl bölgə"ə daxil olaraq ictimai iaşə və dövlət mallarına ziyan vurması qəbul olunan hal deyil", deyərək etirazını bildirib.
Heydər əl-Abadi qeyd edib ki, baş verənlərlə bağlı bütün hüquqi addımlar atılmalıdır. İraq baş naziri Heydər əl-Abadi dövlət telekanalında çıxışı zamanı bunları danışıb: "Özlərinə dəyər verməyən bəzi adamlar, İŞİD-in Bağdaddakı terror aktları ilə eyni vaxtda ölkəni xaosa salmaq istəyir.
Bunlar Bağdadda olan təhlükəsizlik qüvvələrimizə hücumlar reallaşdırır və İŞİD ilə mübarizə yerinə şəhər içərisində silahlı təhlükə yaradır.
Bu gün dövlət müəssisəsinə və ictimai iaşə mallarına verilən zərəri qəbul etmək mümkün deyil. Bununla bağlı lazım olan bütün hüquqi addımlar atılmalıdır".
Heydər əl-Abadi
İraq xalqına çağırış edərək bildirib ki, terrorçulara qarşı birləşmək lazımdır.
Mənbə: http://eastnews.org/news/1910