IQNA - Yeni əmrə uyğun olaraq burada yaşayan müsəlmanlar namazı digər müsəlmanlara nisbətən 15 dəqiqə gec qılmalı olacaqlar.
İŞİD-in namaz vaxtlarında dəyişiklik etməsinin səbəbi kimi mövcud namaz vaxtlarının İraqdakı dünyəvi hökumət dövründə müəyyən edilmiş olmasını göstərdiyi bildirilib.
Əmrə itaət etməyən imam və müəzzinlərə ən ağır cəzaların veriıəcəyi vurğulanıb.