IQNA

İŞİD-dən Ramazan Ayında Terror Çağırışı

12:58 - May 24, 2016
Xəbər sayı: 3480489
Tehran, 24.05.2016 – İŞİD terror təşkilatı bəyanatla çıxış edərək öz davamçılarından müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı boyunca Avropa və ABŞ-da hücumlar təşkil etmələrini tələb edib.

İŞİD-dən Ramazan Ayında Terror Çağırışı


IQNA - Avropa və ABŞ-da təşkil oluncaq hücumların İraq və Suriyadakılardan daha təsirli olacağını bildirən İŞİD nümayəndəsi Əbu Məhəmməd əl-Ədnani yayımladığı 31 dəqiqəlik səs yazısında təşkilat tərəfdarlarına gələn həftə başlayan Ramazan ayı boyu "şəhadəti axtarmaları” çağırışı edib.

"Ramazan zəfər və cihad ayıdır. Hazırlığınızı görün və bu ayı inanmayanlar üçün fəlakətə çevirməyə hazır olun”, deyən Ədnani, xüsusilə də Avropa və ABŞ-dakı tərəfdarlarına səsləndiyini vurğulayıb. Oktayabr ayından bu yana səssizliyini qoruyan Ədnaniyə aid sözügedən səs yazısı şənbə günü yayımlanıb. ABŞ-ın terror siyahısında olan Ədnaninin mövcud İŞİD lideri Əbubəkr Bağdadidən sonra təşkilatın rəhbərliyinə keçə biləcəyi iddia edilir.

http://eastnews.org/news/1978

captcha