IQNA

Nigeriya xalqı Şeyx Zəkzəkiyə dəstək üçün küçələrə çıxdı

10:07 - September 18, 2016
Xəbər sayı: 3480812
Tehran, 18.09.2016 – Nigeriya xalqı Şeyx Zəkzəkiyə dəstək verərək, ölkənin müxtəlif bölgələrində nümayiş keçiriblər.

Nigeriya xalqı Şeyx Zəkzəkiyə dəstək üçün küçələrə çıxdı

İQNA - Nigeriya İslami hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin minlərlə tərəfdarı ölkənin müxtəlif şəhərlərində Şeyx Zəkzəkinin azadlığa buraxılması tələbilə küçələrə çıxıblar.

Şeyx Zəkzəkinin şəkillərini daşıyan nümayişçilər, ordu və təhlükəsizlik qüvvələrinin müsəlmanlara qarşı Zariyada törədilmiş qətliama görə cavab vermələrini tələb ediblər.

Bu arada insan haqları təşkilatları Şeyx İbrahim Zəkzəkinin səhhətinin pisləşməsi barədə hökumətə növbəti xəbərdarlığını edib. (maide.az)

Teqlər: nigeriya ، Şeyx zəkzaki ، aksiya ، nümayiş ، iqna ، İkna ، quran
captcha