IQNA

Peyğəmbərin (s) vəfatı günü İmam Əlinin (ə) ziyarətgahında zəvvar izdihamı + Foto

0:23 - November 29, 2016
Xəbər sayı: 3481062
Əziz peyğəmbərimiz Həzrət Məhəmmədin (s) vəfatı və Həzrət İmam Həsənin (ə) ürəklər yandıran şəhadəti münasibəti ilə Əhl-Beyt (ə) aşiqləri İraqın Nəcəf şəhərinə İmam Əlinin (ə) hərəminə axışdılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İmam Əlinin (ə) müqəddəs ziyarətgahının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün, İran İslam Respublikası üfüqü ilə 29 noyabr 2016- cı il tarixi və İraq üfüqü ilə 30 noyabr 2016- cı il tarixi Səfər ayının 28-i ilə üst- üstə düşür və İslam peyğəməri Həzrət Məhəmməd Mustafa (s) və onun nəvəsi, ismət və paklıq evinin ikinci imamı Həzrət İmam Həsən Müctəbanın (ə) şəhadəti günü sayılır.

Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı və ismət və paklıq evinin ikinci imamı Həzrət İmam Həsənin (ə) ürəklər yandıran şəhadəti münasibəti ilə Əhl-Beyt (ə) aşiqləri dünən və bu gün İraqın Nəcəf şəhərinə İmam Əlinin (ə) hərəminə axışırlar.

Qeyd edək ki, İran İslam Respublikasının rəsmi təqvimi ilə Noyabr ayının 29-u ölkədə rəsmi tətil idi, İraqın rəsmi təqviminə görə isə Səfər ayının 28-i bu gündür (30 Noyabr) və buna görə də Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti münasibətilə İraqda bu gün rəsmi tətil elan edilib.

İmam Əlinin (ə) müqəddəs ziyarətgahının məsulları və xadimləri zəvvarları və əzadarlıq heyətlərini qarşılayır və onlara müxtəlif dini, tibbi və qida xidmətləri göstərirlər.

http://iqna.ir/fa/news/3549633

تصاویری از خیل عظیم زائران در بارگاه علوی + عکس

تصاویری از خیل عظیم زائران در بارگاه علوی + عکس

تصاویری از خیل عظیم زائران در بارگاه علوی + عکس

تصاویری از خیل عظیم زائران در بارگاه علوی + عکس

تصاویری از خیل عظیم زائران در بارگاه علوی + عکس

تمهیدات آستان علوی برای خدمت‌رسانی به زائران در سالروز وفات پیامبر(ص)

تمهیدات آستان علوی برای خدمت‌رسانی به زائران در سالروز وفات پیامبر(ص)

تمهیدات آستان علوی برای خدمت‌رسانی به زائران در سالروز وفات پیامبر(ص)
captcha