IQNA

İŞİD yenidən Palmira şəhərini zəbt edib

11:26 - December 12, 2016
Xəbər sayı: 3481128
İŞİD terror təşkilatı Rəqqa və Dirrazurdan yolladığı 5 minə yaxın qüvvə ilə iki gün qarşıdurmadan sonra Suriyanın mərkəzindəki tarixi Palmira şəhərini ələ keçirib.

İŞİD yenidən Palmira şəhərini zəbt edib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslaminSesi.nə istinadla xəbər verir.

Homs əyalətinin qubernatoru Təllal Bərrazu bunu təsdiqləyib.

Ordu güclü müqavimət göstərdikdən sonra şəhəri qərb istiqamətdə tərk etməli olub.

Son 3 gündə terror təşkilatının 300-dən artıq qüvvəsi və onlarla texnikası məhv edilsə də onların irəliləməsinin qarşısını almaq mümkün olmayıb.

Homsun qubernatoru tezliklə şəhərin azad edilməsi üçün əməliyyatların başlayacağından xəbər verib. Qubernator Palmiranın süqut etməsinin Suriya ordusunun Dəra, Dəməşqətrafı, Hələb və digər əyalətlərdəki uğurlu əməliyyatlarına təsir göstərməyəcəyini də vurğulayıb.

Palmira 2015-ci ilin mayında İŞİD tərəfindən zəbt edilmişdi. Şəhər cari ilin martında geri alınmışdı.

captcha