IQNA

İİR-nın Beynəlxalq Quran Yarışlarının yekun mərasimi keçiriləcək

14:20 - April 26, 2017
Xəbər sayı: 3481585
Bu gün, həftənin 3-cü günü, 2017-ci ilin Aprel ayının 26-da, günün ikinci yarısında, İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının yekun mərasimi keçiriləcək.

Bu gün, həftənin 3-cü günü, 2017-ci ilin Aprel ayının 26-da, günün ikinci yarısında, İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının yekun mərasimi keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin 3-cü günü, 2017-ci ilin Aprel ayının 26-da, günün ikinci yarısında, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 16:30-da) İran İslam Respublikasının 34-cü beynəlxalq Qurani-Kərim yarışlarının yekun və müxtəlif ixtisaslar üzrə qaliblərin mükafatlandırılması mərasimi İİR-nın dövlət rəsmilərinin və Quran fəallarının iştirakı ilə keçiriləcəkdir.

İran İslam Respublikasının 34-cü beynəlxalq Qurani-Kərim yarışlarının keçirilməsi komitəsinin təbliğat və informasiya məsulu Məsud Rəhməti bu barədə İQNA-ya xəbər verərək dedi: İran İslam Respublikasının 34-cü beynəlxalq Qurani-Kərim yarışlarının yekun və müxtəlif ixtisaslar üzrə qaliblərin mükafatlandırılması mərasimi yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 16:30-da) İİR-nın dövlət rəsmilərinin, yarışların keçirilməsində iştirak edən qrumların nümayəndələrinin, müsəlman ölkələri səfirlərinin, Milli Məclis üzvlərinin və Quran fəallarının iştirakı ilə Tehranın İmam Xomeyni (r.ə) adına "Böyük Müsəlla"sında keçiriləcəkdir.

Qeyd edək ki, bu yarışlarda eyni zamanda ilk dəfə olaraq beş beynəlxalq nomenasiya üzrə yarışlar keçirildi. İranın 34 –cü beynəlxalq Quran yarışları çərçivəsində "Qəlbinurların ikinci beynəlxalq Quran yarışları", ilk dəfə olaraq xanımların beynəlxalq Quran yarışları, tələbələrin 5-ci beynəlxalq Quran yarışları və dini hövzə tələbələrinin ilk beynəlxalq Quran yarışları keçirildi.

http://iqna.ir/fa/news/3593446



captcha