Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, ötən gün Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiyanın aviasiyası Yəmənin paytaxtı Səna şəhərinə aviazərbələr endirib.
Aviazərbələr nəticəsində Sənada mülki vətəndaşların yaşadığı evlər tamamilə yararsız hala gəlib.
Aviazərbələr Sənada əl-Məhdi ailəsinin 4 üzvünün həyatına son qoyub. Belə ki, həyatını itirənlərdən biri yaşlı qadın və onun 3 az yaşlı nəvəsi olub. Yerli fəal Hüseyn Əlbuhayitinin sözlərinə əsasən, Ramazan ayı daxil olandan bir gün də belə Səudiyyə koalisiyası bombardmanlara ara verməyib.
Qeyd edək ki, 2 ildən artıqdır Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Səudiyyə və müttəfiqlərinin bombardmanları nəticəsində 10 mindən artıq mülki vətəndaş həyatını itirib, 100 mindən artıq vətəndaş yaralanıb. Milyonlarla yəmənli qida və tibbi ləvazimatlardan məhrum qalıb. İçməli təmiz suyun azlığı ölkədə vəba xəstəliyinin sürətlə yayılmasına səbəb olub.