İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hazırda İran İslam Respublikasında 23. Mətbuat Sərgisi keçirilir. Sərgidə müxtəlif ölkələrin media nümayəndələri iştirak edirlər.
Bu sərgidə iştirak edən Vladimir Saşin (Rusiyanın siyasi analitiki və media müşahidəçisi) sərginin haşiyəsində "media və KİV-in ölkələrin siyasətində rolu" devizi ilə keçirilən toplantıda dedi: Rusların İran barədə məlumat və təsəvvürləri kafi deyil. Hətta bəzən İranı İraqla səhv salırlar. Həmçinin Rusiyanın mətbuatında İran barədə xəbər və informasiyalara geniş yer verilmir. Buna görə də Rusiya vətəndaşlarının İran İslam Respublikası və iranlıların mədəniyyəti barədə təsəvvür və məlumatları qərb mediasının təsiri altındadır.
O əlavə etdi: Medianın Rusiya və İran münasibətlərində təsirli rolu vardır və buna görə də bu istiqamətdə gərəkən səylər göstərilməlidir.
Vladimir Saşin vurğuladı: Ruslar arasında İran barədə yalan və yanlış məlumatlar yayılıb. Və onlar elə fikirləşirlər ki, İranda elmi və texnoliji inkişaf yoxdur. Bu cür məlumatları isə Qərb mediası yayır.
O dedi: Son illərdə isə İranın nüvə enerjisi və raket məsələləri bəzi yerli rus mətbuatlarında geniş tirajlandı. Və Rusiya kiv-ləri İranın Donald Tramp ilə nüvə enerjisindən istifadə barədə keşməkeşini yazdılar. Bu isə rusların İran barədə təsəvvürünün dəyişməsi və dolğunlaşması barədə kafi deyildir.
http://iqna.ir/fa/news/3658083