IQNA

Əl-Əzhər “Qüds intifazəsi”nin sionist rejim tərəfindən repressiya edilməsinə etiraz etdi

9:14 - December 17, 2017
Xəbər sayı: 3482516
Əl-Əzhər İslam Mərkəzi bəyaniyyə yayaraq sionist rejiminin Fələstin xalqının “Qüds intifazə”sini vəhşicəsinə boğmasını və aksiyaçılara qarşı zor tətbiq edilməsini kəskin şəkildə məhkum etdi.

Əl-Əzhər “Qüds intifazəsi”nin sionist rejim tərəfindən repressiya edilməsinə etiraz etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin Əl-Əzhər İslam Mərkəzi bəyaniyyə yayaraq işğalçı sionist rejiminin Fələstin xalqının “Qüds intifazə”sini vəhşicəsinə boğmasını və “Qəzəb Cüməsi” etiraz aksiyalarında iştirak edənlərə qarşı zor tətbiq edilməsini kəskin şəkildə məhkum etdi.

Misirin Əl-Əzhər İslam Mərkəzi bu bəyaniyyədə Fələstin xalqının “Qüds intifazəsi”ni dəstəklədiyini və himayə etdiyini vurğulayaraq insane hüquqalrının müdafiəçilərindən və beynəlxalq təşkilatlardan tələb edib ki, Fələstin xalqına ata-baba yurdlarını işğalçı sionistlərdən geri almaq üçün öz qanuni mübarizələrində kömək etsinlər.  

Əl-Əzhər İslam Mərkəzi bəyaniyyədə işğalçı sionist rejiminin Fələstin xalqının “Qüds intifazə”sini vəhşicəsinə boğmasını və “Qəzəb Cüməsi” etiraz aksiyalarında iştirak edənlərə qarşı zor tətbiq edilməsini kəskin şəkildə məhkum edərək dünya ölkələrinin bir çoxunun paytaxtında Fələstin xalqının hüquqlarını qorumaq və ABŞ-ın Qüds və Fələstin varəsində zalimanə verdiyi qərarı məhkum etmək üçün təşkil edilən etiraz aksiyalarına da öz təşəkkürünü bildirib.

Qeyd edək ki, cari həftənin Cümə günü bütün Fələstində, o cümlədən Qəzza zolağı, Qüds və 1948-ci ildə işğal edilmiş Fələstində Qüdsü himayə məqsədi ilə geniş etiraz aksiyaları keçirilib. Etirazçılar ABŞ prezidenti Donald Trampın Qüds barədə verdiyi qərarını məhkum ediblər. Sionist hərbiçiləri aksiyaçılara hücum edərək 4 nəfəri şəhid etmiş və 600 nəfəri yaralamışlar.

http://iqna.ir/fa/news/3672924

Teqlər: iqna ، əl-əzhər ، qüds
captcha