İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bolqarıstanın paytaxtı Sofiyada bu ölkənin yüksək vəzifəli rəsmilərindən bir qrupunun iştirakı ilə İran İslam İnqilabı qələbəsinin 39-cu ildönümü mərasimi keçirilib.
İranın Sofiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Həsən Dotaqi Bolqarıstan parlamentinin sədr müavini və bir qrup üzvünün iştirakı ilə keçirilən bu mərasimdə deyib ki, İran ötən qırx ildə müstəqil və davamlı bir siyasi quruluş formalaşdıra və onu bir meyar kimi dünyaya təqdim edə bilibdir.
Dotaqi əlavə edib: İslam İnqilabı İslam Respublikası quruluşunu təsis edərək, İran tarixində xalqın, ümumi iradənin reallaşması üzrə iştirakına söykənən yeni fəsil açmağa müvəffəq oldu. /sahar/