IQNA

Bir aydan az müddətdə 44 şəhid

11:45 - April 29, 2018
Xəbər sayı: 3483099
son bir aydan az müddət ərzində Qəzzə sahillərində "qayıdış yürüşləri"ndə iştirak edən fələstinlilərdən şəhid olanların sayı qırx dörd nəfər çatdı, yaralıların sayı isə minlərlədir.

Bir aydan az bir müddətdə 44 şəhidİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son bir aydan az müddət ərzində Qəzzə sahillərində "qayıdış  yürüşləri"ndə iştirak edən fələstinlilərdən şəhid olanların sayı qırx dörd nəfər çatdı, yaralıların sayı isə minlərlədir.

Fələstin Səhiyyə Nazirliyinin mətbuat orqanının elan etdiyi hesabata görə, son bir ay ərzində Qəzzə zolağında "qayıdış yürşüləri"ndə iştirak edən fələstinlilərin 44 nəfəri şəhid olub. Onların arasında beş azyaşlı uşaq da vardır.

Bu hesabatda vurğulanır: Sionistlərin çəkdiyi arakəsmə divarın yanında son günlərdə şəhid edilən iki nəfər fələstinlinin cənazəsi yəhudilər ailələrinə təhvil verməyib və bu iki nəfər yuxarıda göstərilən rəqəmə daxil deyil.

Qəzzənin səhiyyə təşkilatı elan edib: son bir ay ərzində Qəzzə zolağında "qayıdış yürşüləri"ndə iştirak edən fələstinlilərin 7 mindən çoxu yaralanıb.

Qeyd edək ki, Fələstinlilərin "qayıdış yürüşləri" cari ilin Mart ayının 30-da, Cümə günü başlayıb və altı həftə davam edəcəkdir. Bu yürüşlərin axırıncısı May ayının 15-də "bədbəxtlik günü"ndə keçiriləcəkdir. Yürüşdə iştirak edənlərin tələbi fələstinli qaçqınların öz vətənlərinə dönməsinin təmin edilməsidir.   

http://iqna.ir/fa/news/3710019    

captcha