IQNA

Quranı Alman dilinə tərcümə edən yəhudi

7:29 - May 04, 2018
Xəbər sayı: 3483119
Lazarus Qoldşimit Almaniyada yaşayan şərqşünas yəhudi olmuşdur. O, 1871-ci ildə Litvada anadan olmuş və 1950-ci ildə İngiltərədə vəfat etmişdir.

Quranı Alman dilinə tərcümə edən yəhudiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Lazarus Qoldşimit (Goldschmidt) Almaniyada yaşayan şərqşünas yəhudi olmuşdur. O, 1871-ci ildə Litvada anadan olmuş və 1950-ci ildə İngiltərədə vəfat etmişdir.

İbtidayi təhsilini öz vətənində başlamışdır. Sonra Berlinə gələrək burada təhsilini şərqşünaslıq üzrə davam etdirmişdir. Ali təhsilini Strazbuqrda davam edən Lazarus həm də Efiopiya dil və ədəbiyyatı üzrə də ixtisasa sahib oldu.

Lazarus həm də "sami" dillərini, o cümlədən Ərəb dilini gözəl bilirdi. O öz nəfis və nadir kitablar ilə zəngin şəxsi kitabxanası ilə də məşhur idi. Onun şəxsi kitabxanasında nadir əlyazma nüsxələr var idi. Lazarus Almaniyaya hicrət etməmişdən öncə bu kitabxanasını Danimarkanın şahına hədiyyə edir.

Lazarus Qoldşimit 1933-cü ildə faşistlərin güclənməsi və anti-yəhud fikirlərin çoxalmasının ardınca İngiltərəyə mühacirət etdi. Və 1950-ci ildə Londonda vəfat etdi.

Onun səvami kitablar barədə də əsərləri vardır. O cümlədən Qurani-Kərimi 1916-cı ildə Alman dilinə tərcümə etmişdir. Bu tərcümə Alman dilinə birbaşa Ərəb dilindən və kamil şəkildə tərcümə edilmiş və 787 səhifədə çap edilmişdir.

http://iqna.ir/fa/news/3711215

گلدشمیت یهودی و ترجمه قرآن در برلین

گلدشمیت یهودی و ترجمه قرآن در برلین

captcha