IQNA

İtaliyada "İslam və Florensiya" incəsənət sərgisi keçirilir

12:47 - July 03, 2018
Xəbər sayı: 3483412
İtaliyanın Florensiya şəhərində "İslam və Florensiya" adlı ümumi kütlə üçün incəsənət sərgisi keçirilir. İtaliyanın ən məşhur muzeylərindən biri olan milli Barcello (Bargello) muzeyi evsahibliyi edir.

İtaliyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İtaliyanın Florensiya şəhərində "İslam və Florensiya" adlı ümumi kütlə üçün incəsənət sərigi keçirilir.

İslami incəsənət əsərlərinin nümayiş olunduğu bu sərgiyə İtaliyanın ən məşhur muzeylərindən biri olan milli Barcello (Bargello) muzeyi evsahibliyi edir.

Bu sərgi İtaliyanın Palermo şəhərində anadan olmuş İslami incəsənət məsələləri üzrə mütəxəssis "Giovanni Curatola"nın təşəbbüsü ilə təşkil edilmişdir.

İslami incəsənət əsərləri sərgisinin keçirilməsi üçün iki il hazırlıq görülümüşdür. Bu iki il ərzində bir sıra mütəxəssislər beynəlxalq elmi şuralarda toplanmış, qərb və şərqin mədəniyyət təbadülünün göstəricisi olan İslami incəsənət əsərlərini müxtəlif ölkələrdən əldə etmişlər.

Bundan əlavə İslami incəsənət məsələləri üzrə elmi şuranın üzvləri məqalələr yazaraq sərginin kataloqlarında şərq və qərbin əlaqələrini əks etdirən əsərlər barədə faydalı məlumatlar vermişlər.  

İtaliyanın Florensiya şəhərində keçirilən bu sərgidə nümayiş olunan əsərlər miladın 15-ci əsrindən 19-cu əsrə qədər ki, mədəniyyət və incəsənət tarixini ehtiva edir.

Qeyd edək ki, İtaliyanın Florensiya şəhərinin Bargello muzeyi qərbin İslami incəsənət əsərləri ilə zəngin olan ən məşhur muzeydir. İtaliyalı incəsənətçi Luyis Karand dünyanın müxtəlif yerlərindən əldə etdiyi 3300 İslami incəsənət nümunəsini bu muzeyə hədiyyə etmişdir.   

http://iqna.ir/fa/news/3727240     

captcha