IQNA

İslamda musiqi çap və nəşr edildi

11:54 - August 25, 2018
Xəbər sayı: 3483726
Sühəyr Əbdüləzimin qələmə aldığı "İslamda musiqi" kitabı (əl-musiqa fil-İslam) İslam dininin meydana gəldiyi gündən indiyədək müsəlmanlar arasında musiqi barədə olan münasibətləri araşdırıb.

İslamda musiqi çap və nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Mədəniyyət Evlərinin Baş İdarəsi Sühəyr Əbdüləzimin qələmə aldığı "İslamda musiqi" kitabını çap və nəşr edib.

Sühəyr Əbdüləzimin qələmə aldığı "İslamda musiqi" kitabı (əl-musiqa fil-İslam) İslam dininin meydana gəldiyi gündən indiyədək müsəlmanlar arasında musiqi barədə olan rəftarları araşdırıb.

O, bu kitabda İslamın ilk əsirlərindən 20-ci əsrədək musiqinin İslami əxlaqla əlaqələrini, musiqinin estetik dəyərlərini və sair yönlərini müzakirə edib.

Yazarın fikrincə din və incəsənət arasında sıx bağlılıq vardır. Çünki həm din və həm də incəsənət insan ruhunu ülvüləşdirmək üçündür. İncəsənət insanın hislərini və dərklərini ülvüləşdirir və din Allah tərəfindən gəlib ki, insanı Allaha çatdırsın.

Bundan əlavə yazar kitabda Qurani-Kərimin tərtil, təcvidi ilə musiqi arasındakı əlaqə, musiqinin İslamdakı tarixi, musiqinin İslamda haram və qeyri-haram növlərindən söz açmışdır.  

http://iqna.ir/fa/news/3740856   

Teqlər: iqna ، musiqi ، kitab ، misr ، incəsənət
captcha