IQNA

Ərəbistan Quran hafizlərini mükafatlandırdı

16:43 - September 07, 2018
Xəbər sayı: 3483800
“Səda” qəzetinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanın “Xeyrukum”* Quran hafizləri birliyi hər il keçirdiyi “İkram” mərasiminin 39-cu ilində min nəfər Qurani-Kərim hafizini mükafatlandırıb.

Ərəbistan Quran hafizlərini mükafatlandırdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin üçüncü günü, 5 Sentyabr 2018-ci il, Səudiyyə Ərəbistanının Cəddə şəhərində Qurani-Kərimi əzbər bilən 1000 nəfər kişi və xanım mükafatlandırıldı.

“Səda” qəzetinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanın “Xeyrukum”* Quran hafizləri birliyi hər il keçirdiyi “İkram” mərasiminin 39-cu ilində min nəfər Qurani-Kərim hafizini mükafatlandırıb.

Bu mərasim Ərəbistanın qərbində yerləşən Cəddə şəhərinin Hilton hotelində keçirilib. Mərasimdə şəhərin meri Məşəl ibn Macid ibn Əbdüləziz də iştirak edib.

“İkram” mərasimində Qurani-Kərim hafizləri arasından seçilmiş 13 nəfər xüsusi fərqlənmə ilə mükafatlandırılıb.  

* “Xeyrukum” Quran hafizləri birliyinin adı Peyğəmbərin (s) “xəyrukum mən təəlləməl Quranə və əlləməhu” (sizin ən xeyirliniz Quranı öyrənən və öyrədənlərdir) hədisindən götürülmüşdür.   

http://iqna.ir/fa/news/3744458

Teqlər: iqna ، hafiz ، quran
captcha