İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində ilk dəfə Quran mövzusunda elmi konfrnas keçirilir.
Bu konfrans sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibəti ilə bu gün, həftənin Şənbə günü, 24 Noyabr 2018-ci il, Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin "Xatəmul-Ənbiya (s)" salonunda öz işinə başlayıb.
"Quran və Əhli-Beyt (ə) arasında elmi həmahəngilik" mövzusunda keçirilən bu elmi konfransda dünyanın və İraqın müxtəlif universitetlərindən əlli nəfər İslami araşdırmaçı iştirak edir.
http://iqna.ir/fa/news/3766831