IQNA

"Əsrin müqaviləsi"ni həyata keçirmək üçün çalışırlar

14:51 - December 02, 2018
Xəbər sayı: 3484274
Ərəb ölkələrininn İsrail ilə razılaşmasının və əlaqləri asanlaşdırmağa çalışmasının əsas hədəfi "əsrin müqaviləsi" layihəsini icra etmək üçün zəmin yaratmaq və Fələstin məsələsini tamamlamaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikası, Orta Şərq və Livanın siyasi məsələləri üzrə mütəxəssis Təlal Ətrisi İQNA ilə müsahibəsində dedi: Bəzi Ərəb ölkələrinin sionist rejimi olan İsrail ilə razılaşmasının, əlaqələri sadələşdirməyə və asanlaşdırmağa çalışmasının əsas hədəfi "əsrin müqaviləsi" layihəsini icra etmək üçün zəmin yaratmaq və Fələstin məsələsini tamamlamaqdır.

Livan universitetinin sosialogiya elmləri müəllimi və Sosial Elmlər Mərkəzinin direktoru Təlal Ətrisi Fələstin məsələsinə və bəzi Ərəb ölkələrinin sionist İrail rejimi ilə əlaqələrinin sadələşdirilməsinə işarə edərək vurğuladı: Son günlərdə Ərəb ölkələrinin siyasi xadimləri, iqtisadi şəxsiyyətləri, təhlükəsizlik məsulları, idman adamları və digər ictimai nüfuzlu şəxsiyyətlərinin sionist rejiminin məsulları ilə görüşlərinin hədəfi bu rejim ilə əlaqələri sadələşdirmək və bunu beynəlxalq cəmiyyətə təbii göstərməkdir.

O əlavə etdi: Ərəb ölkələrinin məsulları və sionist rejiminin muzdurları çalışırlar ki, İsrail ilə əlaqələrin yaradılmasına mane olanları və müqavimət güclərini radikal və ifratçı göstərmək də sionist rejimi ilə əlaqələrin adiləşdirilməsinə yönəlmişdir ki, əsas hədəfi Ərəb ölkələrinin və müsəlmanların siyasi oyanışının qarşısını almaqdır.

Təlal Ətrisi vurğuladı: İsril ilə əlaqələrin sadələşdirilməsinin isə əsas hədəfi "Əsrin Müqaviləsi" layihəsini icra etməklə Fələstin məsələsini yekunlaşdırmaq, gündəmdən silmək, köçgünlərin qayıtmaq haqqını onlardan almaq və Qüdsü İsrailin əbədi paytaxtı elan etməkdir.

عادی سازی روابط با اسرائیل زمینه ساز اجرای معاهده قرن است

Livanlı siyası mütəxəssis açıqladı: Ali-Səudla İran İslam Respublikasının ixtilafı bəzi Fars körfəzi ölkələrinin də İsrail ilə əlaqələrin adiləşdirilməsini dəstəkləməsinə səbəb olub. Misr və İordaniya kimi bəzi Ərəb ölkələri hələ İslam İnqilabından öncə İsrail ilə razılaşmaq və Fələstin məsələsinə son qoymaq niyyətində idilər. Buna görə də İranın regionda, xüsusi ilə də Fələstin, Suriya və Livanda müqavimət güclərini dəstəkləməsini istəmir və İranın regiondakı təsirinə son qoymaq istəyirlər. Bu məsələdə ABŞ və İsrail də onları təşviq edir. Amma həqiqət budur ki, Fələstin milləti 70 ildir ki, bu razılaşmalara baxmadan müqavimət göstərir. Çünki Fələstin millətinin haqqı bu torpaqlarda inkaredilməzdir. Və bunun İranın regiondakı nüfuzu və təsiri ilə heç bir əlaqəsi yoxdur. Fələstin xalqı həmişə müxtəlif infifazələr həyata keçirmişdir.  

O, Ərəb dövlətlərinin İsrail ilə əlaqələrini adiləşdirdikdən və Fələstin məsələsini öz gündəmlərindən çıxaracaqlarından sonra Fələstinin gələcəyi barədə soruşulan suala cavab olaraq vurğuladı: Fələstin milləti və müqavimət gücləri İransız da öz yollarına davam edəcəklər. Çünki Fələstin məsələsi birinci dərəcədə xalq məsələsidir və sonra regiondakı millətlərin dəstəyidir. İran İslam Respublikası da həmişə zəif müsəlmanları və müqavimət güclərinin dəstəkləməklə öz vəzifəsinə əməl etmişdir. Bunadan əlavə Ərəb və müsəlman xalqlar da Fələstin xalqını dəstəkləyir.    

http://iqna.ir/fa/news/3767892

 

captcha