IQNA

Qətərdə uşaqlar arasında beynəlxalq Quran yarışları keçirilir

16:03 - December 27, 2018
Xəbər sayı: 3484427
"Tican ən-Nur" adlanan bu yarışların ilkin mərhələsində iştirak edənlər öz tilavətlərinin audio yazısını yarışların keçirilmə komitəsinə göndəriblər.

Qətərdə uşaqlar arasında beynəlxalq Quran yarışları keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərdə uşaqlar arasında beynəlxalq Qurani-Kərim yarışlarının 8-ci turunun seçim mərhələsi keçirilir.

"Tican ən-Nur" adlanan bu yarışların ilkin mərhələsində iştirak edənlər öz tilavətlərinin audio yazısını yarışların keçirilmə komitəsinə göndəriblər.

Qurani-Kərimin qiraəti üzrə yarışlarda dünyanın müxtəlif ölkələrindən yaşı 13-dən aşağı olan yeniyetmə qızlar və oğlanlar iştirak edirlər.

Seçim mərhələsinin yarışları cari ilin Dekabr ayının 31-dək davam edəcəkdir. Bu yarışın qalibləri gələn ilin (2019) Ramazan ayında keçiriləcək final mərhələsində iştirak edəcəklər.

Qeyd edək ki, bu yarışın yeddinci turunda dünyanın 34 ölkəsindən 740 uşaq işitak etmişdi.

http://iqna.ir/fa/news/3775805  

captcha