İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin Bazar günü, 30 Dekabr 2018-ci il, anonim şəxslər Almaniyanın şərqində yerləşən Duyusburq şəhərində tikilməkdə olan məscidə hücum ediblər.
Məscidə islamofob və irqçilik zəminində hücum edən naməlum şəxslər məscidin divarına yəhudilik əlamətlərindən biri olan "Davud Ulzudu" şəkilini çəkiblər.
Duyusburq şəhərinin "İslam Cəmiyyəti"nin rəisi və yeni tikilən məscidin nəzarətçisi Xülusi Yüksəl bu barədə deyib: 18 aydır ki, tikilməkdə olan bu məscidə edilən hücum və təhqiramiz yazılar barədə şəhər polisinə xəbər verilib.
O əlavə edib: Polis hələ bu barədə bir iş görə və hadisəni törədənləri tapa bilməyib. Amma Duyusburq şəhərinin "İslam Cəmiyyəti" bu barədə məhkəməyə şikayət edəcəkdir.