IQNA

İraqlı xanımlar telegramda Quran öyrənməyi maraqla qarşılayıblar

0:26 - February 03, 2019
Xəbər sayı: 3484626
İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseynin (ə) müqəddəs hərəminin idarəçilik heyəti Qurani-Kərimin hifzi və təfsirinin təlimi üçün telegram sosial şəbəkəsindən istifadə olunması təklifi verib.

İraqlı xanımlar telegramda Quran öyrənməyi maraqla qarşılayıblarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseynin (ə) müqəddəs hərəminin idarəçilik heyəti Qurani-Kərimin hifzi və təfsirinin təlimi üçün telegram sosial şəbəkəsindən istifadə olunması təklifi verib.

İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərəmm "Xanımlar Dini Təbliğ Şöbəsi"nin Quran təlimləri qrupunun telegram üzərindən Quranın hifzi və tilavətinin tədris edilməsi təşəbbüsü iraqlı xanımlar tərəfindən maraqla və izdihamla qarşılanıb.

Qurani-Kərimin hifzi və təfsirinin telegram üzərindən tədrisi layihəsinn ilk günündə 200 nəfər iraqlı Quran aktivisti xanım dərslərdə iştirak etmək üçün "Qəlaidun-Quraniyyə" (Qurandan boyunbağı adlı) kanalında qeydiyyatdan keçiblər.

Bu layihə çərçivəsində "Quranda qadınlar" mövzusunda məqalə yazmaq yarışı da keçiriləcəkdir. Ən yaxşı məqalələr ölkənin xanımlar üçün ixtisaslaşdırılmış jurnallarında çap ediləcəkdir.  

http://iqna.ir/fa/news/3786557

 
مشارکت 200 زن در آموزش قرآن آستان حسینی از طریق تلگرام
 
مشارکت 200 زن در آموزش قرآن آستان حسینی از طریق تلگرام
captcha