IQNA

İranlı xanımlar İraqın Quranla üns məclisində tilavət ediblər

13:38 - March 04, 2019
Xəbər sayı: 3484792
İraqın Kərbəla şəhərinin "əl-Əmid" universitetinin evsahibliyi ilə Beynəlxalq Quranla Üns Məclisi keçirilib. Bu məclisdə İran, İraq və Əfqanıstandan Quran qariləri xanımlar iştirak ediblər.

İranlı xanımlar İraqın Quranla üns məclisində tilavət ediblərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərinin "əl-Əmid" universitetinin evsahibliyi ilə Beynəlxalq Quranla Üns Məclisi keçirilib. Bu məclisdə İran, İraq və Əfqanıstandan Quran qariləri xanımlar iştirak ediblər.

Həzrət Əbulfəzl Abbasın (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "əl-Əmid" universiteti Quranla üns məclisni "Peyğəmbərlik Ruhu" (Ruhul-Nubuvvət) mədəniyyət festivalı çərçivəsində təşkil edib.

Beynəlxalq Quranla Üns Məclisinin keçirilməsində "Siddiqətul-Tahirə (s)" İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən Kəfil Quran Mədrəsəsi və qızlar üçün "əl-Əmid" orta məktəbi "əl-Əmid Universiteti" ilə həmkarlıq ediblər.

Quranla üns məclisində xanımlar Quran tilavət ediblər, Həzrət Zəhranın (s) fəzilətləri barədə dini nəğmə və təvaşih oxunub və habelə yeniyetmə qız uşaqlarının ifasında Quran tilavət edilib.  

İbtidai və ixtisaslaşıdırılmış Quran təlimi kursları, tilavət və qiraət hökmlərinin öyrədilməsi, Quranın qiraət muğamlarının təlimi, peşəkar Quran qaresi xanımların yetişdirilməsi və sair proqramlar Kəfil Quran mədrəsələrinin əsas fəaliyyətləridir.

Qeyd edək ki, "Peyğəmbərlik Ruhu" 3-cü beynəlxalq mədəniyyət festivalı keçən həftənin Cüməaxşamı günü Həzrət Əbulfəzl Abbas (s) hərəmənin nəzdində fəaliyyət göstərən "Siddiqətut-Tahirə" İslam Mərkəzinin toplantı salonunda başlayıb və hazırda davam edir.  

http://iqna.ir/fa/news/3794756

حضور قاریان ایرانی در محفل قرآنی بانوان عراق

captcha