IQNA

Qurani-Kərim "Sinhal" dilinə tərcümə edildi

23:03 - April 08, 2019
Xəbər sayı: 3484959
Sinhal dilinə tərcümə edilmiş Qurani nüsxəsinin Kolombo şəhərində keçirilən təqdimatı mərasimində Şri-Lankanın prezidenti Mayitripala Sirisena, dövlət məsulları və dini şəxsiyyətləri iştirak ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "adaderana" informasiya portalına istinadla verdiyi xəbərə görə, Qurani-Kərimin Şri-Lankada Sinhal dilinə sadə və rəvan tərcüməsinin təqdimat mərasimi keçirilib.

Sinhal dilinə tərcümə edilmiş Qurani-Kərim nüsxəsinin Kolombo şəhərində keçirilən təqdimatı mərasimində Şri-Lankanın prezidenti Mayitripala Sirisena, dövlət məsulları və dini şəxsiyyətləri iştirak ediblər.

Qurani-Kərimi Sinhal dilinə Müsəlman Alimləri Cəmiyyəti müxtəlif mütəxəssislərin həmkarlığı ilə tərcümə ediblər. Tərcümə sadə dildədir və ümumi kütlənin Quran məfhumlarını asan dərk etməsi və İslam maarifi ilə tanış olması üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Şri-Lanka respublikasının əksəriyyətinin dili Sinhal dilidir. Ölkədə yaşayan 22 milyon nəfərin 16 milyonu bu dildə danışır. Sinhal dili Hind dilləri ailəsinə aiddir və xüsusi yazı forması vardır.    

http://iqna.ir/fa/news/3801807

captcha