IQNA

Özbəkistanda islam mədəniyyətinə dair foto-sərgi təşkil olunub

23:42 - July 24, 2019
Xəbər sayı: 3485573
Özbəkistanın Səmərqənd əyalətinin Payarik rayonunda , İmam Buxari adına beynəlxalq elmi araşdırma mərkəzində islam mədəniyyətinə dair foto-sərgi  təşkil olunub. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Özbəkistanın Səmərqənd əyalətinin Payarik rayonunda , İmam Buxari adına beynəlxalq elmi araşdırma mərkəzində islam mədəniyyətinə dair foto-sərgi  təşkil olunub. 
 
Maide.Az “islam-today.ru”a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Müsəlmanlar İdarəsinin mətbuat xidməti məlumat verib.
 
Türkiyəli fotoqraf Orxan Durqutun təşkilatçılığı ilə açılan bu sərgidə fotoqrafın çəkdiyi  60 şəkil yer alıb. Şəkillərdə dünya üzrə məşhur olan tarixi, dini binaların və əsərlərin fotoları əks olunub.  
 
Türkiyəli fotoqraf Məkkə, Mədinə, Kufə, Bəsrə, Bağdad, Dəməşq və bir çox şəhərlərə səyahət edib oralarda olan islam mədəniyyətinə məxsus tikililərin fotolarını çəkib və sərgidə nümayiş etdirir. 
 
Sərgidə Özbəkistanda olan müqəddəs yerlər və ziyarətgahların, həmçinin Səmərqənd, Buxara, Xarəzm, Daşkənd, Tirmiz şəhərindəki tarixi abidələr və mavzoleylərində şəkilləri sərgilənir. 
captcha