IQNA

Moskvanın müsəlman cəmiyyətini sayı artır

23:10 - October 01, 2019
Xəbər sayı: 3485899
Rusiya Müsəlmanlarının İşi Üzrə İdarə rəisi və Rusiya Müftilər Şurasının rəhbəri Şeyx Ravil Eynuddin mətbuat ilə müsahibəsində Moskvada yaşayan müsəlman cəmiyyətlərin sayının çoxaldığını elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya Müsəlmanlarının İşi Üzrə İdarə rəisi və Rusiya Müftilər Şurasının rəhbəri Şeyx Ravil Eynuddin mətbuat ilə müsahibəsində Moskvada yaşayan müsəlman cəmiyyətlərin sayının çoxaldığını elan edib.

Onun fikrincə bunun əsas amili Mərkəzi Asiya müsəlmanlarının Rusiyaya və xüsusi ilə də paytax Moskva şəhərinə çoxsaylı axınıdır.

Rusiya Müsəlmanlarının İşi Üzrə İdarə rəisi və Rusiya Müftilər Şurasının rəhbəri Şeyx Ravil Eynuddin deyib: Moskva şəhərinin meriyası 1997-ci ildə bu şəhərdə 800 min nəfər müsəlmanın yaşadığını elan etmişdi. Amma hazırda Moskva şəhərinin bələdiyyə rəsmilərinin məlumatına görə bu say 3-4 milyona çatıb.

Rusiya Müftilər Şurasının rəhbəri vurğulayıb: Moskvanın daimi və müvəqqəti sakinlərini ehtiva edən bu sayın çoxalmasına əsas səbəb Orta Asiya müsəlmanlarının Moskvaya axınıdır.

O deyib: SSR zamanında Moskvada Qurban və Fitr bayramı namazlarında 35 min müsəlman toplanırdı, amma indi təkcə Moskvanın Came məscidində 130 min nəfər namaza gəlir.  

http://iqna.ir/fa/news/3846111/

captcha