IQNA

Malaziyanın Terengganu əyalətində nəfis Quran sərgiyə çıxarıldı

15:50 - October 04, 2019
Xəbər sayı: 3485915
Quran nüsxəsini alaraq muzeyə hədiyyə edən incəsənət ustası bu nüsxənin Terengganu əyalətindən çıxarılmasını istəmədiyini və buna görə də muzeyə hədiyyə etdiyini deyib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın Terengganu əyalətinin milli muzeyində miladın 19-cu əsrində kitabət edilmiş nəfis Quran nüsxəsi ümumi sərgiyə çıxarılıb.

Oyma incəsənəti ustası 56 yaşlı Nurhaiza Nurəddin bu nüsxəni 2003-cü ildə qeyri-müsəlman bir tacirdən alıb.

Quran nüsxəsini alaraq muzeyə hədiyyə edən incəsənət ustası bu nüsxənin Terengganu əyalətindən çıxarılmasını istəmədiyini və buna görə də muzeyə hədiyyə etdiyini deyib.  

Bu Quran nüsxəsi 1820-1850-ci illər arasında yazılıb. Bu Quran nüsxəsinin kitabət edildiyi dövrdə çap sənətinin olmadığı üçün rəngələrin hansı üsulla işləndiyi məlum deyil. Habelə mütəxəssislər də nüsxənin yazılmasında hansı rəng materiallarından istifadə edildiyini məlum edə bilməyiblər.

Oyma incəsənəti ustası 56 yaşlı Nurhaiza Nurəddin bu nüsxəni almaq üçün bir çox tacirin ona müraciət etməsinə baxmayaraq onu Malaziyanın mədəni isri olaraq saxlamağı tərcih etdiyini vurğulayıb.

http://iqna.ir/fa/news/3846677

captcha