İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı İsrail rejimi qüvvələri bu gün (24 Yanvar 2020) işğal edilmiş Qüdsdə yerləşən Əqsa məscidinə basqın edib. Basqın sübh namazından sonra baş verib.
İsrail qüvvələri basqın zamanı fələstinlilərə qarşı səs qumbarası və rezin güllələrdən istifadə edib.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilsə də, onların sayları qeyd edilməyib.
Sionist quldurları bu hücum zamanı 13 fələstinlini həbs edərək özləri ilə aparıblar.
Eyni zamanda sionist qəsəbə sakinləri Qüdsün şərqində yerləşən Səfa kəndindən "Beyt Səfa" məscidini yandırıblar. Yanğın müsəlmanlar tərəfindən söndürülüb. Sionistlər məscidin divarlarına irqçi şüarlar da yazıblar.