IQNA

Bəhreyn, Tunis və İordaniya xalqı Fələstinlilər üçün yürüş keçirdi

7:57 - February 01, 2020
Xəbər sayı: 3486604
Bəhreyn, Tunis və İordaniya xalqı Amerikanın terrorist prezidenti Donald Trampın sionistlər üçün hazırladığı "ərsin müqaviləsi" layihəsinə etiraz və Fələstin xalqına dəstək yürüşü keçiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyn, Tunis və İordaniya xalqı Amerikanın terrorist prezidenti Donald Trampın sionistlər üçün hazırladığı "ərsin müqaviləsi" layihəsinə etiraz və Fələstin xalqına dəstək yürüşü keçiriblər.

İzdihamlı etiraz yürüşündə iştirak edən müsəlmanlar sionist layihəsini məhkum ediblər və Fələstin xalqının yanında olduqlarını bildiriblər.

Yürüşdə iştirak edən universitet tələbələri bildiriblər ki, Fələstin və Qüds məsələsi İslam ümmətinin məsələsidir və biz Fələstini himayə edirik.

Cümə namazından sonra etiraz yürüşlərinə başlayan minlərlə insan müsəlmanları Fələstinlə vəhdət və birliyə dəvət edən və "Əqsa məscidi bizim böyüklərimizin və babalarımızın əfsanəvi diyarıdır", "biz alçalmağı qəbul etmirik" və sair şüarlar səsləndiriblər.

Yürüş iştirakçıları Fələstin məsələsinin öz həllini tapmasını və Fələstinlilərin işğal edilmiş vətənlərinə dönmələrini tələb ediblər.  

https://iqna.ir/fa/news/3875439

captcha