IQNA

ABŞ Suriya Ordusunun nəzarətindəki əraziləri artileriyadan hədəfə alıb

11:50 - March 14, 2020
Xəbər sayı: 3486905
Tehran (IQNA) - Fəratın şərqində olan ABŞ qüvvələri ağır artileriyadan çayın qərbində olan Suriya Ordusunun nəzarətindəki əraziləri hədəfə alıb.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, ötən gecə Fəratın şərqində xüsusilə də əl-Ömər neft yataqlarının yaxınlığında olan ABŞ qüvvələri ağır artileriyadan Dirazzur əyalətində Suriya Ordusu və müttəfiqlərinin mövqelərini hədəfə alıb.

Bu hücumun xəsarət və tələfatı barədə hələ məlumat yoxdur.

Eyni zamanda ABŞ hərbi təyyarələri İraq-Suriya sərhədində əl-Qaim rayonu səmasında intensiv uçuşlar həyata keçiriblər.

Qeyd edək ki, ABŞ təyyarələri iki gün öncə Kərbəla hava limanı da daxil olmaqla İraqda bir neçə mülki və təhlükəsizlik obyektini hədəfə alıb. Bu hücumun nəticəsində İraq Ordusu, polis və Haşd-Şabinin 6 üzvü eləcə də bir mülki şəxs həyatını itirib.

Teqlər: abş ، suriya ، Deyruzzur ، İraq sərhədi
captcha