IQNA

Mövlud günü Kərbəlaya giriş yolları bağlandı

11:19 - April 09, 2020
Xəbər sayı: 3487044
Tehran (IQNA) -  Həzrət İmam Mehdinin (ə.f) mövludu günü Kərbəladakı mübarək hərəmlərə insan axının qarşısını almaq məqsədi ilə bu şəhərə girişlər bağlanıb.

Həzrət İmam Mehdinin (ə.f) mövludu günü Kərbəladakı mübarək hərəmlərə insan axının qarşısını almaq məqsədi ilə bu şəhərə girişlər bağlanıb.

Kərbəla vilayətinə girişin bağlanması "covid-19" virusunun yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilib.

Bütün girişlər polisin və silahlı qüvvələrin nəzarəti altındadır.

Polis elan edib ki, Kərbəla şəhərinə girməyə cəhd göstərənlər həbs ediləcək.   

Bu qabaqlayıcı tədbir insanların İmam Zamanın (ə.f) mövlud günü Kərbəlaya axışacağı ehtimalı olduğu üçün icra edilib.

Kərbəlanın qubernatoru Nüseyf əl-Xəttabi elan edib: Bu il İmam Zamanın (ə.f) mövlud bayramında koronavirus səbəbi ilə zəvvarların xidmətində ola bilməyəcəyik. Çünki insanların sağlamlığı bizim üçün hər bir şeydən əhəmiyyətlidir.  

3890364

Teqlər: İraq ، COVID-19 ، kərbəla ، mövlud
captcha