IQNA

Alman polisi 4 şəhərdə məscidlərə basqın edib

9:10 - May 01, 2020
Xəbər sayı: 3487161
Alman polisi bu səhər Livan icması tərəfindən istifadə olunan Əl-Ərşad Mərkəzi də daxil olmaqla bir çox məscidə basqın edib.

Maide.Az xəbər verir ki, reyd məscidin Hizbullah fəallarını işə götürmək və ianələr vasitəsilə təşkilatı maliyyələşdirmək üçün əlverişli baza rolunu oynadığına dair şübhələrlə baş tutub. Almaniya Hizbullahın ölkədəki fəaliyyətini qadağan etmək qərarına gəlib. Bu barədə Daxili İşlər Nazirliyindən açıqlama verilib. Bu qərardan sonra Hizbullahla əlaqədə ittiham olunan dörd məscid və dərnəkdə əməliyyat keçirilib. Əməliyyat keçirilən şəhərlər Berlin, Bremen, Münster və Dortmunddur. Xatırladaq ki, Hizbullahın hərbi qanadı 2013-cü ildə Avropa Birliyi tərəfindən "terror təşkilatları" siyahısına daxil edilib. ABŞ və İsrail rejimi uzun müddətdir Hizbullahın qadağan edilməsi üçün Almaniyaya təzyiq göstərir. Almaniyada Hizbullah üzvlərinin sayının təxminən 50 min olduğu ehtimal edilir.

captcha