IQNA

ÜST: Yəmənlilərin yarıdan çoxu koronavirusa tutula bilər

11:12 - May 03, 2020
Xəbər sayı: 3487176
Tehran (IQNA) -  ÜST: Yəməndə davam edən beş illik müharibə nəticəsində yaranmış anti-sanitariya vəziyyətinə görə, ölkənin əhalinisin yarısından çoxu koronavirusa tutula bilər.

"AA" informasiya portalının verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən gün (Şənbə, 2 May 2020) bəyaniyyə yayaraq Yəmən əhalisinin yarıdan çoxunun koronavirusa tutulacağı ilə bağlı xəbərdarlıq edib.  

Bəyaniyyədə deyilir ki, Yəməndə uzun sürən müharibə nəticəsində səhiyyə sistemin bərbad vəziyyətə düşməsi, səhiyyə sistemində kadr azlığı, tibbi təchizat çatışmamazlığı, qida təhlükəsizliyinin məhv edilməsi və anti-sanitariya vəziyyətinin yaranması bu ölkədə insanların yarıdan çoxunun koronavirusa yoluxması təhlükəsi var.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyaniyyədə vurğulayıb ki, Yəmən əhalisinə koronavirusa görə edilən humanitar yardımlar kəskin dərəcədə çox azdır.

ÜST bildirib ki, Yəməndən verilən hesabata əsasən, bu vəziyyətlə Yəmən əhalisinin 16 milyon kişi, qadın və uşağı koronavirusa tutulacaq. Bu isə ölkə əhalisinin 50 faizdən çoxunun bu virusa tutulması deməkdir.

Ümumdünya Səhiyyə Təşkilatı bəyaniyyədə vurğulayıb: Yəməndə virusa yoluxanların sayı dəqiq bilinməzsə, virus daşıyıcıları doğru şəkildə karantinə alınmaz və müalicə olunmazlarsa, koronavirus Yəmən xalqı və səhiyyə sistemi üçün böyük və ciddi təhlükə yaradacaqdır.  

Yəmən məsulları Şənbə günü (2 May 2020) koronavirusa tutulanların sayını 10 nəfər elan edib. Onların iki nəfəri vəfat edib. Bir nəfəri sağalıb.

Yəmənin Həzərmut, Ədən və Təez əyalətlərində koronavirus pandemiya elan edilib.  

3895970

Teqlər: ÜST ، yəmən ، koronavirus
captcha