Məhəmməd əl-Bəzur ("Beytul-Müqəddəs Mədəni Birliyi"nin rəisi) məktub yazaraq İordaniyanın Dini İşlər və İslami Fondlar naziri Məhəmməd əl-Xəllalilədən istəyib ki, sionistlərin May ayının 22-də (29 Ramazan) Əqsa məscidinə hücumunun qarşısını almaq üçün Əqsa məscidinin qapılarını açsın.
O vurğulayıb: Sionistlər koronavirus pandemiyasından sui-istifadə edərək Əqsa məscidinin idarəçiliyini İordaniya İslam Fondlar Nazirliyinin əlindən alaraq özləri sahiblənmək istəyirlər.
Məhəmməd əl-Bəzur məktubda İslami Fondlar nazirindən Əqsa məscidini və işçilərini İsrail polisindən qorumaq üçün siyasi dəstək və qətiyyətli mövqe sərgiləməsini istəyib.