IQNA

Qəzza zolağında məscidlər açılacaq

4:51 - May 18, 2020
Xəbər sayı: 3487252
Tehran (IQNA) -  Fələstinin İslami Fond və Dini İşlər Nazirliyinin Qəzza şəhəri üzrə nümayəndəliyi Qəzza zolağında məscidlərin Cümə namazı və Fitr bayramı üçün açılacağını xəbər verib.

Fələstinin İslami Fond və Dini İşlər Nazirliyinin Qəzza şəhəri üzrə nümayəndəliyi ötən gün (Bazar, 17 May 2020) yaydığı bəyanatda koronavirusdan qorunmaq üçün lazım olan tədbirlərə riayət etmək şərti ilə məscidlərdə Cümə namazı qılmağın və Fitr bayramı keçirməyin mümkünlüyünü bildirib.

Bəyaniyyədə vurğulanıb ki, koronavirusun yayılmasının qarşısını almaq üçün lazım olan önləyici tədbirlərə, o cümlədən maska taxmaq, əl görüşməmək və namazıqlanlar arasında fiziki fasilə saxlamaq qaydalarına riayət etmək zəruridir.

Qeyd edək ki, Fələstinin İslami Fond və Dini İşlər Nazirliyinin Qəzza şəhəri üzrə nümayəndəliyi bu şəhərin məscidlərini Mart ayının 25-dən indiyədək koronavirusa görə bağlı saxlayıb.

Xatırladaq ki, indiyədək Qəzzada 20 nəfər koronavirusa tutulub, onlardan bir nəfəri ölüb və 16 nəfər sağalıb.

3899644

captcha