IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadən xəbər verir ki, qoruyucu maskalara ehtiyacın böyük olduğunu və apteklərdə və ya aptek depolarında demək olar ki, tapılmadığını nəzərə alan müqəddəs ziyarətgahın rəhbərliyi, bu səbəblə maska istehsalı emalatxanalarında çox gərgin işlədiklərini və istehsal olunan maskaları pulsuz payladıqlarını bildirib.
Müqəddəs ziyarətgahın istehsal etdiyi maskalar Əbdülfəzl Abbasın (ə) hərəminin xidmətçiləri, təhlükəsizlik qüvvələri, səhiyyə işçiləri və s. vasitəsilə insanlara paylanılıb.