Mədinə şəhərində yerləşən Məscid əl-Nəbavinin (Peyğəmbər məscidi) inkişaf etdirilməsi və yenidən qurulması üçün bir sıra layihələr icra olunacaq.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "əs-səbq" informasiya portalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı artıq bu layihələrin icrası üçün razılıq verib.
Bu barədə Məscidul-Həram və Məscidun-Nəbinin (Hərəmeynul-Şərifeyn) idarə işləri üzrə baş direktor Abdurrəhman bin Əbdüləziz Südeys məlumat verib.
Layihə çərçivəsində zəvvarların rahatlığı məqsədi ilə səs və soyutma sistemləri, ziyarətgah layihələrinin avtomatik idarə edilməsi, dayanacaqlar və xidmət binaları inkişaf etdiriləcək və modernləşdiriləcəkdir.