IQNA

Kərbəla ziyarətgahları Məhərrəmin 13-dək qapadıldı

23:49 - August 02, 2020
Xəbər sayı: 3487798
Tehran (IQNA) -  Koronavirus pandemiyasının qarşısını almaq hədəfi ilə Kərbəla şəhərinin müqəddəs ziyarətgahlarının qapısı Məhərrəm ayının 13-dək bağlı olacaq.

Bu barədə Kərbəla vilayətinin qubernatoru Nüseyf əl-Xəttabi məlumat verib.

Məlumatda deyilir ki, təqlid mərcələri və İraqın Mərkəzi Böhran Qərargahının tövsiyələrinə əsasən, Məhərrəmul-Həram ayının 13-dək Kərbəla şəhərindəki müqəddəs ziyarətgahların qapısı bağlanır və hər növ toplantı qadağan olunur.

Həmçinin bildirilir ki, insanları toplaşmağa dəvət edən hər kəs məsuliyyətə cəlb ediləcək.  

Kərbəla vilayətinin qubernatoru Nüseyf əl-Xəttabi vurğulayıb: Biz məzhəbi ayinlərin icrasına etiqad bəsləyirik. Amma hazırda müstəsna bir şəraitdəyik. Virusa yoxumamaq üçün sosial fasilə mütləq qorunmalıdır. Bu barədə təqlid mərcələrini və Mərkəzi Böhran Qərargahının tövsiyələrinə əməl etməliyik. /3914124

captcha