IQNA

Kərbəlada yekun qərar verildi: əzadarlıq mərasimləri keçiriləcək

9:09 - August 19, 2020
Xəbər sayı: 3487922
Kərbəlada keçirilən səlahiyyətli konfransda bu il COVİD-19 şəraitində əzadarlığın keçirilməsi barədə qərar qəbul edilib.

Kərbəlada keçirilən səlahiyyətli konfransda bu il COVİD-19 şəraitində əzadarlığın keçirilməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, əzadarlıq mərasimləri və yürüşləri keçiriləcək, amma Kərbala əhalisinin iştirakı ilə.Pandemiya ilə əlaqədar olaraq, kənar yerlərdə yaşayan insanların 13 gün ərzində Kərbəlaya girişinə məhdudiyyət qoyulacaq.

Belə ki, Həzrət Əbülfəzl-Abbasın (ə) ziyarətgahının İmam Həsən (ə) salonunda builki Məhərrəmlik mərasimlərinin keçirilməsi vaxtı (KOVİD-19) koronavirus epidemiyasına yoluxmanın qarşısı alınması üçün yürüşlərin hərəkəti və onlara nəzarət mexanizmini müzakirə etmək niyyətilə konfrans keçirilib. Konfransda İraq ali mərcəiyyətinin və səhiyyə orqanlarının tövsiyələri nəzərə alınıb.

Konfransa müqəddəs ziyarətgahların bir sıra məsul şəxsləri, İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) türbələrinin rəsmiləri, Kərbəla əyalətinin təhlükəsizlik rəhbərləri və Kərbəladakı mərasimlər, yürüşlər və mökəblərin sahibləri qatılıblar.

İmam Hüseynin (ə) ziyarətgahının baş katibinin müavini Həsən Rəşid Cavad Əl-Əbəyci konfransdakı çıxışında belə deyib: “Aşura mərasimlərini canlandırmaq üçün müqəddəs Kərbəlada İmam Hüseyn (ə) yürüşləri təşkil etmək niyyətilə müqəddəs ziyarətgahlarla təhlükəsizlik rəhbərləri və Hüseyni (ə) prosedurları arasında koordinasiya məqsədi ilə bu konfrans hər il müqəddəs məhərrəm ayının gəlməsindən əvvəl keçirilir”.

Qeyd edilib ki, builki qaydalar koronavirusu yayılması ilə əlaqədar əvvəlki illərdən fərqli olacaq. Sağlamlıq tələblərinə riayət etməklə və İraq ali mərcəiyyətinin və böhran qurumlarının tövsiyələrinə və göstərişlərinə uyğun olaraq, sağlamlıq şərtlərinə nəzərə alan ritualları canlandırmaq üçün nəzarət və mexanizmlər hazırlanıb.

Kərbəla əyalətinin Polis Komandanlığının mətbuat katibi general Alaa Əl-Ğanmi isə bildirdi ki, Kərbəla Polis Komandanlığı məhərrəm ayı üçün intensiv hazırlıqlar gördü, Mərkəzi Fərat Əməliyyatları Komandanlığı və Polis Komandanlığından iki müqəddəs ziyarətgah və Hüseyni (ə) yürüşünün sahibləri ilə danışıqlar aparmaq üçün xüsusi komitə yaradıldı və bütün razılaşdırılmış nöqtələrə gəlindi.

Mərasimlərdə iştirak edənlərin və matəm iştirakçılarının qorunması prosesinin asanlaşdırıla biləcəyi bir neçə məqama razılıq verildi. Bundan əlavə Kərbəla əyalətinin xaricilər və başqa regionlar üçün müvəqqəti bağlanması vurğulandı. Bildirildi ki, bu qərar 1-13 məhərrəm ayında icra ediləcək, xüsusi prosedurlar olacaq.

İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) müqəddəs ziyarətgahının katibliyinə bağlı İraqda və İslam dünyasında Hüseyni (ə) mərasimlər, proseslər və təsisatların şöbə müdiri Seyid Haşim Əl-Musəvi də öz növbəsində çıxış edərək, matəm iştirakçılarının tibb işçilərinin vurğuladığı bütün tövsiyələri, o cümlədən məsafəni, maska və əlcək taxmağı və Aşura mərasimlərinin canlandırılması zamanı sağlamlıq qaydalarına riayət etmələri tələb olunduğunu bildirib. https://www.imamhussain.org/

 

 

captcha