Bu günə (Şənbə, 5 Sentyabr) olan məlumata əsasən, hadisə zamanı ölənlərdən biri azyaşlı uşaqdır.
Cümə gecəsi baş verən bu hadisədə (Sentyabr ayının 3-dən 4-ə keçən gecə) çox sayda namazqılan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Yaralılardan 37 nəfəri 90 faizdən çox yanmaq diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Yerli polis qaynaqlarının verdiyi məlumata görə, müsəlmanlar Narayanganc rayonunun "Beytus-Salat" məscidində namaz qılmağa məşğul ikən məscidin altından keçən qaz borusu partlayıb.
Banqladeşin fövqəlhadə hallar nazirliyinin əməkdaşları hadisə barədə araşdırma aparır. /3920924