IQNA

 Almaniyada "məscidin açıq qapıları" mərasimi keçiriləcək

9:13 - September 26, 2020
Xəbər sayı: 3488194
Tehran (IQNA)  - Almaniyanın bir neçə şəhərində Şərqi və Qərbi Almaniyanın birləşməsi günü münasibəti ilə "məscidin açıq qapıları" mərasimi keçiriləcək.

Almaniyanın bir neçə şəhərində Şərqi və Qərbi Almaniyanın birləşməsi günü münasibəti ilə "məscidin açıq qapıları" mərasimi keçiriləcək.

Oktaybr ayının 3-də keçiriləcək bu mərasimdə Almaniyanın bir neçə şəhərində məscidlər digər dinlərdən olan insanlara evsahibliyi edəcək.  

Müsəlmanlar həmin məscidlərdə dini çıxışlar edəcək, İslami qida məhsulları və yeməklərini tanıtdıracaq və müxtəlif mövzularda sərgilərə keçirəcəklər.

Almaniya Müsəlmanları Mərkəzi Şurasının təşəbbüsü ilə keçirilən bu mərasimdə yerli vaxtla səhər 10:00-dan axşam 18:00-dək davam edəcək.

Qeyd edək ki, 4 milyon müsəlmanın yaşadığı Almaniyada 1997-ci ildən islamofobiyanın yayılmasının qarşısının alınması məqsədi ilə "məscidin açıq qapıları" mərasimi keçirilir. /3925222

captcha