IQNA

ABŞ polisinin öldürdüyü uşaqların sayı açıqlandı

23:35 - November 24, 2020
Xəbər sayı: 3488707
ABŞ-ın pediatriya təhsil xəstəxanası olan "Nationwide Children's Hospital" tərəfindən polis tərəfindən öldürülən uşaqlar barədə aparılan araşdırmanın nəticələri "Pediatrics" jurnalında dərc edilib.

2003-2018-ci illər arasında ABŞ-da ən azı 140 uşağın polis tərəfindən öldürüldüyü bildirilib. 

"Daily Mail"in verdiyi xəbərə görə, ABŞ-ın pediatriya təhsil xəstəxanası olan "Nationwide Children's Hospital" tərəfindən aparılan araşdırmanın nəticələri "Pediatrics" jurnalında dərc edilib.  

Tədqiqat ABŞ-da 2003-2018-ci illərdə polis müdaxiləsi nəticəsində 12 ilə 17 yaş arasındakı 140 uşağın öldüyünü və silahların 113 ölümdə rol oynadığını ortaya qoyub.  

Polis müdaxiləsi nəticəsində ölən uşaqların əksəriyyətinin azlıq mənsubu olduqları və 93%-nin kişi olduğu, qaradərili uşaqların ağdərililərə nisbətdə 6 dəfə, ispan uşaqlarının isə 3 dəfə daha çox polis əlində öldüyü müşahidə edilib.  

Tədqiqat ABŞ-da hər il əksəriyyəti kişi cinsinə mənsub 1300-ə yaxın uşağın silah atəşi ilə öldüyünü ortaya qoyub. Bu vurulmalara ən çox silahla oynayan qardaş və ya qohum tərəfindən törədildiyi də vurğulanıb. eastnews

captcha