IQNA

Rus həkim infarktrın aşkar olmayan simptomlarını açıqladı

7:51 - January 17, 2021
Xəbər sayı: 3489060
Onun sözlərinə görə, miokard infarktının ən geniş yayılmış nişanəsi döş ətinin arxasındakı sıxan ağrıdır, lakin o, hiss edilməyə bilər, məsələn, qadınlar və diabetiklərdə.

Həkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, öskürək və təngnəfəslik bəzi hallarda infarktın əlamətləri ola bilər.

Onun sözlərinə görə, miokard infarktının ən geniş yayılmış nişanəsi döş ətinin arxasındakı sıxan ağrıdır, lakin o, hiss edilməyə bilər, məsələn, qadınlar və diabetiklərdə.

Həkim qeyri-tipikk simptomlara bunları aid edib: təngnəfəslik, tənəffüs çətinlikləri, öskürək, zəiflik, soyuq tər.

Myasnikov həmçinin qeyd edib ki, infarkt zamanı ağrı fərqli-fərqli ola bilər. Məsələn, o, qarında hiss edilə bilər. Bundan başqa, infarkt gəyirmə və qıcqırma hissi ilə müşahidə edilə bilər.

O əlavə edib ki, infarkt zamanı pasiyentlər diş ağrısı, boyun nahiyyəsində və hətta barmaqlarda xoşagəlməz hisslər keçirə bilərlər.

Həkim xatırladıb ki, infarkt və stenokardiya simptomsuz baş verə bilər.

Bundan başqa, Myasnikov infarktın inkişafı üçün risk faktorlarını da sadalayıb: 45-dən yuxarı yaş, siqaret çəkmək, artıq çəki, azhərəkətli həyat tərzi, yüksək xolesterin, şəkər və arterial təzyiq.

Həkim həmçinin qeyd edib ki, sadalanmış faktorlu hər beşinci insanın simptomsuz stenokardiyası var.

captcha